«Yerkir Media» (, Dünya Media) — Erməni İnqilabi Federasiyasının (Daşnaksütun) sahibləndiyi Ermənistan özəl telekanalı. 28 may 2004-cü ildə təsis edilən telekanal Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır.

28 iyun 2010-cu ildə telekanal Hot Bird süni peyki vasitəsilə beynəlxalq yayıma keçmişdir. İlk yayım günü Birinci Ermənistan Respublikasının müstəqilliyi günündə edilmişdir.

Teleşirkətin baş qərargahı İrəvan şəhərində yerləşir, ancaq ABŞ (Los-Anceles, Boston), Gürcüstan, Livan, Rusiya, İran, Suriya, Türkiyə və Fransada ofisləri var. Telekanalın təxminən 2.000.000-dan çox izləyicisi mövcuddur. Teleşirkətin icraçı direktoru David Hakobyandır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2004-cü ildə yarananlar Kateqoriya:Ermənistan televiziya kanalları Kateqoriya:Erməni dilində televiziya kanalları