5 Kanal () — Böyük Britaniyada telekanal. 1997-ci ildə qurulmuşdur. 2002-ci ildən 2011-ci ilədək "Five" adını daşıyırdı. O zaman kanalın sahibi RTL Group şirkəti idi.

Kanal 5 Böyük Britaniyanın əsas əyləncə kanalıdır. 5 kanalda həm də maraqlı teleseriallar göstərilir.

Kompaniya 1993-cü ildə iki il hazırlıqdan sonra 5 Kanal yayım üçün lisenziya aldı. Şirkət başlanğıcda yayım üçün pulsuz yer üçün mübarizə aparırdı, lakin bu uğursuz oldu. Ancaq müstəqil televiziya komissiyası, heç kimə yer verməməyi qərara aldı. Televiziya şirkətinin başqa problemi VCR-lər tərəfindən artıq istifadə olunan tezliklərin istifadəsi idi. Ölkə daxilində yayımlanmasına nail olmaq üçün televiziya şirkətinin özünün hesabına çox sayda VCR-lər yenidən qurulmalı və ya dəyişdirilməli idi.

1994-cü ilin ortalarında televiziya kanalının yaradılması layihəsi komissiyanın ikinci bir qərarından sonra yenidən bərpa olundu. Time Warner İnternational Broadcasting-in təhbəri vəzifəsini icra edən Tom MakQret, NTL və mühəndislik məsləhətçisi Ellis Qriffits ilə yenidən qurulma miqdarını azaltmaq və yayım sahəsini genişləndirməyi planladığı tezlik tənzimləmə planı hazırladı. Daha sonra mübarizəyə Pearson Television şirkəti də qoşuldu. MakQret vəzifəsindən istefa etdiyindən Time Watner RTL Group (daha əvvəl CLT adlandırılırdı) tərəfindən əvəz olundu.

27 fevral 2004-cü ildə Five və Channel 4-ün birləşməsi ilə bağlı şayiələr yayıldı. 2009-cu ilin əvvəlində ITV, 5 və Channel 4-ün birləşməsi barədə şayiələr yayıldı.Helen Power and Patrick Foster "ITV floats idea of merger with Channel 4 and Five" , Times Online, 25 February 2009 23 iyul 2010-cu ildə kanalı Riçard Desmond və onun Northern & Shell şirkəti tərəfindən 103,5 milyon funt dəyərində satın almışdır. Desmond, kanalın büdcəsinin beş il ərzində yarım milyard funta qədər yüksəlməsini, televiziya yayımı şəbəkəsini genişləndirmək, televiziya proqramlarının keyfiyyətini artırmaq və Northern & Shell-də kanal və reklam kampaniyasının inkişafını artırmaq üçün illik investisiya yatırdığını elan etdi.

Tarixi

Buraxılmadan əvvəl Wolff Olins və Saatchi & Saatchi kanalın açılmasını gözləyərkən "Mənə 5 ver" şüarını istifadə edən iki böyük şirkət idi. Qurucuların düşündüyünə görə, kanal müasir və populyar olmalı idi. İlk loqoda qara dairə içərisində "5" yazılmışdı. Daha populyarlığa görə, 5-ci kanalın şəxslərinin toplusunu toplamaq cəhdi edildi.

Buraxılma 30 mart 1997-ci ildə, televiziya izləyicilərinin 65%-i televiziya ekranlarında yeni bir televiziya kanalı gördü. Yayımlanma, bazar günü 18:00-da Manfred Mann qrupunun "5-4-3-2-1" mahnısını Spice Girls qrupunun "1-2-3-4-5" formatına çevirərək başlamışdır."Power of Five" Lyrics , 365Lyrics; Retrieved 19 August 2009 Kanalın ilk aparıcıları Tim Vayn və Culia Bredberi idi.

Həmin gün televiziya proqramı aşağıdakı kimi olmuşdur: Vaxt Veriliş Tamaşaçılar, mln. <center>18:00 <center>This is 5! <center>2,49 <center>18:30 <center>Family Affairs <center>1,70 <center>19:00 <center>Two Little Boys <center>0,68 <center>19:30 <center>Hospital! <center>1,12 <center>21:00 <center>Beyond Fear <center>1,70 <center>22:30 <center>The Jack Docherty Show <center>1,16 <center>23:10 <center>The Comedy Store Special <center>0,73 <center>23:40 <center>Turnstyle <center>0,49 <center>0:10 <center>Live and Dangerous <center>0,08 <center>5:30 <center>Give Me 5! <center>0,03

5 Kanalı həmin axşam saatlarında təxminən 2 490 000 adam izlədi. Bu, 14 yarım il əvvəl Channel 4 tərəfindən yazılan rekordun qırılması demək idi.

2002 rebrendqi 16 sentyabr 2002-ci ildə televiziya kanalı "Five" adını almış və Trevor Bittinin əlində çoxmilyonluq layihə olmuşdur. TV direktoru Devid Pallen dedi:

Bu kampaniyanın məqsədi üç əsas məqsədə nail olmaqdır: Kanalın yaradıcı strategiyasını müəyyənləşdirmək, dizaynı yeniləmək və mövcud beş perspektiv və proqramlaşdırma reallığımız arasında körpü yaratmaq — izləyicilərimizi proqramları və markanı yenidən qiymətləndirməyə həvəsləndirmək.

Kanal 5 bir ad idi və Five isə brenddir. Bir brend olaraq, kanal proqramlaşdırma ilə baş verən təkamülü əks etdirir və tamaşaçılara etibarlı və unikal bir təklif verir.

2011-ci ildə Dezmondun gəlişi 23 iyul 2010-cu il Kanadanın sahibi olan Riçard Dezmond dedi: "5 kanal adını Five seçirəm amma … biz bu detalları müzakirə etmək üçün komandamızla görüşməmişik". Ertəsi gün, Daily Express qəzeti televiziya kanalının adını dəyişməkdən söz açdı:

Bu gündən bəri çox qeyri-müəyyən "Beş" (beş — həftənin günləri və ya barmaqlar?). Daha aydın başa düşülən "5 Kanal" olur.

Ad dəyişikliyi Dezmond tərəfindən 11 avqust 2010-cu ildə təsdiqləndi və bu 14 fevral 2011-ci ildə baş verdi. 5 kanal 5 News xəbər proqramına yeni insanları cəlb etməklə kanal genişləndirmək niyyətində idi. 18 avqust 2011-ci ildə Big Brother realiti şousu yenidən başladı. Şounun nümayişi 2011-ci ilin aprelində Channel 4-də dayandırıldıqdan sonra başladı. Şou nümayişinin dəyəri 200 milyon funt sterlinq idi.

Viacoma satış 2014-cü ilin yanvarında Dezmondun kanalı 700 milyon funt sterlinqə satacağı barədə məlumatlar var idi. Potensial alıcılar BT group, ITV, Viacom, British Sky Broadcasting və Discover Communications idi.

1 may 2014 tarixində Dezmond 5 kanalı 450 milyon funt sterlinqə, Viacom şirkətinə satmağı qəbul etdi. Müqavilə 10 sentyabr 2014-cü il tarixində, ödənişli Nickelodeon UK və MTV UK ilə kanalın yayım proqramlarının birləşməsi barədə birbaşa bəyanatla reallaşmışdır. Bütün üç kanal Viacom İnternational Media Networks Europe şirkəti tərəfindən idarə olunub. 1 avqust 2015-ci ildə 5 kanalın reklam bölməsi aşağı mənfəət və maliyyə imkanlarının olmaması səbəbindən bağlanıb. Bu bağlama kanal 5 HD versiyasını EPG-də Sky HD düymələri ilə dəyişdirməyə imkan verdi.

Viacom markasının himayəsi altında olan kanal, büdcəsini 10% artırmaq və bununla da proqramlaşdırma bölməsini genişləndirməyə qərar verdi. 11 fevral 2016-cı ildə kanal yeni şüar, yeni görünüş və yeni vizual dizaynda efirə çıxdı.

Çoxlukanal strategiyası Kanalın yayımlanmasından bəri İngilis televiziyası böyük dəyişikliklərə məruz qaldı və rəqəmsal formata keçdi. 18 noyabr 2005-ci ildə Five ödənişli televiziya operatoru olan Top Up TV-də öz payını alıb və bu, Five kanalının bir hissəsi kimi yeni pulsuz və ödənişli rəqəmsal televiziya xidmətlərinin yaranmasına gətirib çıxardığını elan etdi. 2006-cı ilin payızında Freeview, Sky və Virgin Media-də əsas kanaldan bəzi proqramları göstərən iki yeni rəqəmsal televiziya kanalları buraxılmışdı: 5* — 15 oktyabr 2006-cı ildə yayıma başlamışdır. Başlıca olaraq filmlər və müzakirələr göstərir. Daha əvvəl "Five Life" (2006–2008) və "Fiver" (2008–2011) kimi tanınmışdır. 5USA — 16 oktyabr 2006-cı ildə yayıma başlamışdır. Başlıca olaraq ABŞ-dən gələn filmlər, idman yayımları və verilişləri göstərilir. Daha əvvəl "Five US" (2006–2009) və "Five USA" (2009–2011) kimi tanınmışdır.

Yayımlama Plana əsasən, İngiltərədə yalnız dörd kanal analoq formatda verilmişdi.

Dörd digər Böyük Britaniya analoq televiziya kanalından fərqli olaraq, 5 kanal bir çox sahədə ərazi analoqu vericiləri vasitəsilə bir siqnal verə bilmədi: İngiltərənin cənubunda bir Fransız televiziya stansiyasının siqnalı ilə qarışdırdı. İngiltərənin şimal-şərqində, əsasən Tayn-end-Uir rayonunda qarışıqlıq; Şotlandiya və Uels ərazilərində; Şimali İrlandiyada və qismən Kembridə.

Hazırda yayım IPTV texnologiyasından və kabel şəbəkələrindən istifadə edərək, bütün rəqəmsal platformalarda (Freesat, Sky, IPTV və Freeview) həyata keçirilir. 5 noyabr 2008-ci ildən etibarən, televiziya kanalı Astra 28,2 ° E peykdən istifadə edərək Freesat platformasında rəqəmsal peyk yayımı təmin edir. İsveçrədə Swisscom TV və Cablecom rəqəmsal platformalarından istifadə edilir. İrlandiya Respublikasında kabel şəbəkələri və MMDS şəbəkələrində mövcud deyil, lakin yer siqnalları Şimali İrlandiya ilə sərhəddə və Gallerin sahil zonalarında tutulub və peyk qəbuledicisinin köməyi ilə siqnal Freesat şəbəkəsində qəbul edilə bilir. Sky və İTV kanallarının şəbəkələrində bu mümkün deyil.

30 sentyabr 2009-cu ildə Freeview şəbəkəsində yayımlanma platforma dəyişiklikləri səbəbindən 9:30-dan 12:00-dək müvəqqəti olaraq dayandı: televiziya kanalı kommersiya multipleksindən ictimai televiziya kanallarına köçürüldü və əhatə dairəsinə müsbət təsir göstərdi (bu rəqəm 99% -ə çatdı).

HD-versiya Channel 5 HD — 13 iyul 2010-cu il tarixindən yayıma başlanmışdır. Kanal Sky-da 171-ci, Virgin Mediada isə 150-cidir. Başlanğıcda yalnız Avstraliyanın operaları nümayiş etdirilirdi. Televiziya kanalı Freeview şəbəkəsində ayrı bir düyməni almaq üçün mübarizə aparırdı, lakin 2010-cu ildə bunu bacara bilmədi. Kanal 2011-ci ildə Freeview şəbəkəsində beşinci HD düyməsinə birbaşa namizəd olub və 2012-ci ilin yaz və ya yayında yayımı həyata keçirəcəkdi, lakin 15 dekabr 2011-ci ildə Channel 5 HD Freeview-da bir yer üçün mübarizə aparmaqdan imtina etdi. 2013-cü ilin oktyabrında Sky HD peyk platformasında yalnız Sky Family Bundle paketinin abunəçiləri üçün istifadə edilən HD versiyası yayıma çıxdı.

Channel 5+1 "Channel 5+1" — Kanal 6 dekabr 2011-ci ildə Freesat, Freeview və Sky-da yayımlanıb. 25 oktyabr 2012-ci ildə isə "Virgin Media"-da yayımlanmışdır. Adi 5 kanal ilə müqayisədə, efirə bir saat gec çıxır.

Channel 5+24 Channel 5+24 saat 19:00-dan gecə yarısına qədər, 5 gün əvvəl yayınlanmış proqramları göstərir. Freeview, Freesat, Sky və Virgin Media (son 3-də 5*+1-i əvəz edib) üzrə 4 fevral 2014-cü ildə buraxılmışdır. Başlanğıcda 5 Later''' adlanırdı. Axşam saatlarında axşam məzmununu əks etdirən iki növ kanal var. Onlardan biri Freeview şəbəkəsində göstərilir və proqramında TV-maqazinlər var.. İkinci versiyada — peyk və kabel yayımı abunəçiləri üçün hər gün 10:00-da, 16:00-da və 3:00-da əvvəllər göstərilən tammetrajlı filmlər təkrar edilir. Bu digər platformaların operatorları ilə münaqişələrin qarşısını almaq üçün edilir.

Auditoriya 1997-ci ildən bu yana televiziya kanalının izləyicilərinin faizi aşağıda göstərilib. Məlumatlar Tədqiqat Şurası tərəfindən təqdim olunur. Televiziya kanalı Böyük Britaniyanın sıralamasında adı kimi 5-ci yer tutur (BBC One, BBC Two, İTV və Channel 4-dən sonra). İl Auditoriya, % <center>1997 <center>2.3% <center>1998 <center>4.3% <center>1999 <center>5.4% <center>2000 <center>5.7% <center>2001 <center>5.8% <center>2002 <center>6.3% <center>2003 <center>6.5% <center>2004 <center>6.6% <center>2005 <center>6.4% <center>2006 <center>4.9% <center>2007 <center>5.3% <center>2008 <center>4.6% <center>2009 <center>4.8% <center>2010 <center>4.5% <center>2011 <center>4.4% <center>2012 <center>4.5% <center>2013 <center>4.1% <center>2014 <center>4.0%

Yayım şəbəkəsi İngiltərədəki bütün ictimai yayımçılar kimi, 5 kanal əsasən əyləncə olaraq müxtəlif televiziya şoularını əks etdirir: realiti şoular, teleoyunlar, Amerika teleşouları və filmləri. Həmçinin, kanal canlı olaraq digər kanallarda yayımlanmayan idman müsabiqələrini göstərir. Həmçinin 5 kanal ITN tərəfindən hazırlanan özünə məxsus olan 5 News xəbər proqramınıda göstərir(2005–2012-ci illərdə bu işlə Sky News məşğul olurdu). Proqramın cədvəli vaxtında müəyyənləşdirilir və tez-tez dəyişmir: məsələn, saat 18:00-da "Home and Away" teleserialı 18:30-da 5 News xəbərləri, 22:00-da isə Big Brother realiti şousu nümayiş etdirilir.

Ən reytinqli verilişlər və filmlər BARB tərəfindən işlənən Live +7 məlumatlarına əsaslanan 5 kanalın ən məşhur 10 proqramı və filminin siyahısı. Yer Proqram / film Tamaşaçı, mln. Tarix 1 Celebrity Big Brother 5.57 18 avqust 2011 2 CSI: Crime Scene Investigation 4.63 13 yanvar 2006 3 CSI: Crime Scene Investigation 4.54 17 mart 2009 4 CSI: Crime Scene Investigation 4.48 31 yanvar 2006 5 CSI: Crime Scene Investigation 4.36 7 fevral 2006 6 CSI: Crime Scene Investigation 4.35 12 fevral 2008 7 İnsanlar qarada 4.32 10 dekabr 2006 8 CSI: Crime Scene Investigation 4.26 14 fevral 2006 9 FlashForward 4.24 5 oktyabr 2009 10 CSI: Miami 4.22 30 iyun 2009

Loqotip və dizayn

1997–2002