Trumanın şousu () — Piter Uirin rejissorulu ilə 1998-ci ildə çəkilmiş film. Filmdə Cim Kerri, Lora Linni, Ed Harris və Nataşa Makelhon kimi ulduzlar yer alıblar.
Trumanın şousunun ABŞ-də gəliri 125,618,201 dollar, beynəlxalq gəliri 138,500,000 dollar, ümumi qazanc isə 264,118,201 dollara çatmışdır. Film ABŞ-də ilk nümayişə girdiyi həftə 31,542,121 gəlir əldə etmişdir.
Filmin mövzusu Truman Burbank gözəl bir adada yaşayır, işi evi və həyat yoldaşı var. Ancaq Trumandan başqa hamısı bunların yalan və oyun olduğunu bilir. Trumanın gerçək saydığı həyatı əslində studiyalarda otuz ildir aralıqsız və reklam verilmədən 24 saat boyunca canlı olaraq televiziyada yayınlanmaqdadır.
Trumanın anası, atası və həyat yoldaşı ümumiyyətlə bütün ailəsi də saxtadır. Uşaqlığında belə film çəkilən kinostudiyadan başqa xarici dünyanın olmadığını Trumana razı salmağa çalışmışlar. Məktəblərində səyyahlıq kimi xarici dünya ilə tanış olmağa gətirib çıxara biləcək məsələləri öyrənməsinə icazə verilməmişdir. Sudan qorxmasına şərait yaratmaq üçün saxta atasının suda boğulması səhnəsi yaradılmışdır.
Məktəb illərində qarşılaşdığı bir qıza aşiq olmuşdu. Qızın saxta adı Laurendir, öz adı isə Silviadır. Silvia Trumana həqiqətləri, yəni həyatının bir yalan olduğunu demişdir. Sonra isə Silvia saxta atası tərəfindən Fici adalarına aparılmışdır. Əslində isə Silvia serialdan çıxarılmışdır.
Truman ölmüş atasını küçədən keçərkən görənə qədər baş verənlərin yalan olduğunu bilməmişdir. Həyat yoldaşının evlilik şəkillərində saxtalıq hiss elədikdən sonra həqiqəti öyrənməyə başlamışdır. Otuz yaşına girdiyi dövrdə seriala müqavimət göstərmiş və əsil dünyaya dönməyi bacarmışdır.
İstinadlar
Xarici keçidlər
Sinemalar.com profili Truman Show Üzerine Film üzerine düşünceler The Academy Awards Database
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:1998-ci ilin ABŞ filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:1990-cı illərin psixoloji dram filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Floridada çəkilmiş filmlər Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:Ən Yaxşı Fantastika filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Təqib edilmə haqqında filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Dramlar Kateqoriya:Skott Rudinin prodüseri olduğu filmlər Kateqoriya:Texnologiyaya təsir haqqında filmlər Kateqoriya:Televiziya haqqında filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri