Kobi Marimi (; 8 oktyabr 1991, Ramat-Qan, İsrail) — İsrail müğənnisi və aktyoru. O, "Home" mahnısı ilə İsraili Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Erkən illəri Kobi Marimi 8 oktyabr 1991-ci ildə İsrailin Ramat-Qan şəhərində anadan olmuşdur. Peşəkar aktyorluq təhsili alan Marimi İsrailin Bat-Yam şəhərində keçirilən Musiqili teatr festivalında xüsusi mükafata layiq görülmüşdür.
Karyera 2018-hazırda: Avroviziya Mahnı Müsabiqəsi 2018-ci ildə Kobi Marimi İsrailin KAN telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2019 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında Marimi Beyons, Kristina Perri, Rihanna və digər dünya ulduzlarının mahnıları ilə çıxış etmişdir. Nəticədə yarışmada qalib gələrək, Kobi İsraili Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ qazanmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:İsraildə doğulanlar Kateqoriya:İsrail müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İsrailin "Avroviziya" təmsilçiləri