İlklərin şəhəri () və ya pionerlər (öncülər) şəhəri () — Təbriz şəhərinin qeyri-rəsmi ləqəbidir. Ləqəb İranda baş verən ilklərin bir çoxunun burada baş verməsinə və Təbriz şəhərinin İranın müasirləşməsinə verdiyi töhfələrinə görə verilmişdir.
Təbriz şəhərinin ilkləri Çap sənayesi: İlk çap binasının əsasə Şahzadə Abbas Mirzə tərəfindən Təbriz şəhərində qoyulmuşdur. Bu hadisədən 12 il keçdikdən sonra Tehran şəhərində nəşriyyat açılmışdır. Kitabxana: Tərbiyət kitabxanası İranda yaradılmış ilk ictimai kitabxanadır. 1921-ci ildə Məhəmməd Əli Tərbiyət tərəfindən yaradılmışdır. Qonaq evi və ya hotel: Təbriz İranda modern hotellərin və qonaq evlərinin tikildiyi ilk şəhərdir. Kinoteatr: İranda ilk ictimai kinoteatr 1900-cü ildə Təbriz şəhərində açılmışdır. Məktəb: Yeni üsulla tədris aparan ilk məktəb 1893-cü ildə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində yaradılmışdır. Lal və kar''''lar üçün bağça və məktəblər: İranda uşaqlar ədəbiyyatının banisi olan Cabbar Əsgərzadə, həmçinin İranda ilk dəfə kar və lallar üçün məktəb və bağçalar yaratmışdır.Samad Sardarinia. "Jabbar Baghtcheban", Azerbaijan's Celebrities, Second Edition 2000. Yeni ədəbiyyat: Belə ki, Mirzə Əbdürrəhim Talıbov ədəbiyyatda yeni cərəyanın banisidir. Mirzə Fətəli Axundov isə bütün müsəlman şərqində dramaturgiyanın banisidir. Mirzə Ağa Təbrizi ilk farsca dramaturgiya nümunələri yazmış şəxsdir. Əsginas: Keyxatu xanın hakimiyyəti illərində Çao adlanan kağız pul çap edilmişdir. Lakin, əhali bunu qəbul etmədiyi üçün onun çapı sonradan dayandırılmışdır. Ticarət palatası: İranda ilk ticarət palatası 1906-cı ildə Təbriz şəhərində yaradılmışdır. Bələdiyyə: İranda ilk bələdiyyə 1908-ci ildə Təbriz şəhərində təşkil edilmişdir. Yanğınsöndürmə idarəsi: İranda ilk yanğınsöndürmə xidməti ilk dəfə 1842-ci ildə Təbriz şəhərində yaradılmışdır. Telefon: Təbriz İranda ilk şəhərdir ki, mərkəzləşmiş telefon xətti sisteminə malik olmuşdur (1901). Enerji stansiyası: İranın ilk enerji stansiyası və fabriki 1902-ci ildə Təbriz şəhərində yaradılmışdır. Qeyri-hökumət təşkilatı: İrandakı ilk Qeyri-hökumət təşkilatı 1952-ci ildə Təbriz şəhərində yaradılmışdır. Hava taksisi: İlk hava taksisi xidməti 2012-ci ildə Təbriz ilə Araz Azad Zonası arasında reallaşmışdır. Məhəmmədtağı xan Püsyan: İranın ilk pilotu və aviatorudur. Hüseyn Sadaqiani: İranın ilk legioner həyatı yaşamış futbolçusudur. Həmçinin, o, İranın yığma futbol komandasının ilk baş məşqçisi olmuşdur. Yəhya Ədl: İran cərrahiyyəsinin atası hesab edilir.http://publicrelations.tums.ac.ir/files/neda/88_21.pdf (Tehran University of Medical Sciences) Cavad Heyət: İranda müasi tibb elminin banisi hesab olunur. İranda türk dilinin və azərbaycanlıların haqları uğrunda uzun müddət mübarizə aparmışdır. Əhməd Hüseyn Ədl: İranda əkinçilik mexanizminin banisidir (1930). Mustafa Ədl: İranda insan azadlıqları və haqları mübarizəsinin banisi hesab edilir. İranın ilk hüquq professorlarındandır. Həmid Nitqi: İranda modern ictimai münasibətlərin banisi. Əzim Qeyçisaz: ilk İran alpinisti. 8 min metrdən çox hündürlüyü olmuş 12 dağa dırmanmışdır. İlk futbol muzeyi (2014) İlk mərkəzləmiş müasir polis sistemi (1907) İlk Qadın Cəmiyyəti (1908) İlk Seysmik stansiya (1855) İlk tibb bacılığı təhsili (1916) İlk xalçaçılıq təhsili (1994) İlk Məhdud Məsuliyyətli Cəmiyyət (1900) İlk Uşaq bağçası (1924) İlk xalq şuralarının formalaşması
İstinadlar
Kateqoriya:Təbriz Kateqoriya:Şəhər ləqəbləri