thumb|374x374px|Gürcüstanın regional xəritəsi

Mkhare () — Gürcüstanın inzibati ərazi bölgüsündə inzibati vahid. Ümumiyyətlə “region” olaraq tərcümə olunur.

Regionlar () Abxaziya və Cənubi Osetiyadakı separatçı münaqişələr həll oluna qədər 1994-1996-ci illər arasında Prezident sərəncamları ilə müvəqqəti bir şəkildə qurulmuşdur. Onlar, Gürcüstanın ənənəvi tarixi və coğrafi ərazilərinə təqribən uyğundurlar. Region muxtar bir vahid deyildir və vəzifəsi, daha çox bir neçə bələdiyyənin (Acarıstan və Tbilisi bələdiyyələrindən başqa) bir regionda Gürcüstan prezidenti tərəfindən vəzifələndirilən bir vəzifəli şəxs tərəfindən təmsil edilən Gürcüstan mərkəzi hökuməti ilə olan ünsiyyəti koordinasiya etməkdir. Gürcüstanda müvəqqəti inzibati Regional idarəetməyə, Gürcüstan prezidenti tərəfindən təyin edilən səlahiyyətli Dövlət Komissarı (, Saxelmćipo Rćmunebuli, ümumi olaraq “Qubernator” (gürcücə: გუბერნატორი) olaraq tərcümə olunur) rəhbərlik edir. Lakin qubernator adı rəsmi ad deyildir. "ტერიტორიული მოწყობა და მმართველობა [Ərazi Strukturu və Hökumət]". Gürcüstan Prezidentinin Administrasiyası. 2015-ci ilin İyul ayının 9-da alındı.

Bölgələr ayrıca olaraq raion (rayon) adlandırılan inzibati bölgələrə bölünmüşdür. Gürcüstanda 9 bölgə mövcuddur. (Aşağıda həmin bölgələrin adları, mərkəzi şəhərləri və əhalisi göstərilmişdir) Region Mərkəzi şəhəriƏhali Quriya Ozurgeti 113,000</tr> İmeretiya Kutaisi 536,052</tr> Kaxetiya Telavi 319,144</tr> Kvemo-Kartli Rustavi 423,986</tr> Mtsxeta-Mtianeti Msxeta 94,370</tr> Raça-Leçxumi və Aşağı Svaneti Ambrolauri 31,927</tr> Sameqrelo-Yuxarı Svaneti Zuqdidi 331,145</tr> Samtsxe-Cavaxeti Axaltsixe 160,262</tr> Şida Kartli Qori 264,633</tr>

İstinadlar

Kateqoriya:Gürcüstanın inzibati bölgüsü Kateqoriya:Gürcüstan regionları