Villarbasse qırğını — İtaliyada sonuncu edam cəzasının tətbiq olunduğu hadisə. 20 noyabr 1945-ci il tarixli Villarbasse qırğını müharibədən sonrakı dövrün ən qəddar cinayət hadisələrindən biri olmuşdur və eyni zamanda, İtaliya cinayət hüququ tarixində simvolik bir hadisə kimi, İtaliyada ölüm cəzasının tətbiqi ilə cəzalandırılan sonuncu cinayət kimi tarixə keçmişdir. Belə ki, ölkədə sonuncu edam cəzası 4 mart 1947-ci ildə Turində baş tutmuşdur.
Hadisə 1945-ci ilin payızında Villarbasse kəndində bir oğurluq zamanı törədilmişdir. On nəfər çubuqla qətlə yetirilmiş və diri-diri quyuya atılmışdır. Qətliamı hazırlayanlar dörd nəfər Siciliyalı idi. Onlardan biri tutulmazdan əvvəl Siciliyada cinayətkarlar öz aralarında əldə etdikləri əmlakı sayarkən qətlə yetirilmişdir.Vittorio Messori e Giovanni Cazzullo, Il Mistero di Torino, Milano, Mondadori, 2005, ISBN 88-04-52070-1, p. 185
Cinayətkarlar Villarbasse yaxınlığında tüfənglə vurularaq öldürülmüşdür.
Həmçinin bax İtaliyada ölüm cəzası
İstinadlar
Kateqoriya:1947-ci ildə İtaliya Kateqoriya:İtaliya tarixi