Bols-Pramid () — Tasman dənizində yerləşən, yaşayış olmayan vulkanik ada. Avstraliyaya aid ada ümumdünya irsi siyahısına daxildir. Lord Houv adasından 20 km cənub-şərqdə yerləşir, elə həmin ada ilə birlikdə 1788-ci ildə kəşf edilmişdir. Ada uzaqdan yelkəni və ya piramidanı xatırladır. Bols-Piramid Yer üzündə ən yüksək vulkanik uçurumdur.lordhoweisland.info "Balls Pyramid rises 550 metres sheer from the sea, forming the world’s tallest sea stack."South Pacific handbook By David Stanley , 1982 ISBN 0-9603322-3-5. "Ball’s Pyramid, the highest rock pyramid in the world"

Coğrafiyası Ada inzibati baxımından Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisinə daxildir və 21 iyun 2000-ci ildən Lord Houv dəniz parkının bir hissəsidir. Adanın maksimal hündürlüyü 562 metrdir. Uzunluğu isə 200 m təşkil edir. Onun yaxınlığında bir neçə kiçik qayalıqlar yardır.

Tarixi Adaya ilk çıxış 1882-ci ildə baş vermişdir. Zirvəyə çıxış isə 1965-ci ildə baş tutmuşdur. Bundan sonra 20 il ərzində zirvəyə uğurlu çıxışlar baş tutmuşdur. Ancaq 1982-ci ildə zirvəyə çıxmaq, 1986-cı ildən isə adaya giriş qadağan olunmuşdur. 1990-cı ildən adaya giriş sərtləşdirildsədə bir çox çıxış gerçəkləşdirilmişdir.

1972-ci ildə adada Liolopisma lichengigera kərtənkələsi aşkarlanmışdır. 2000-ci ildə adada vaxtı ilə kəsli kəsilmiş hesab edilən Dryococelus australis böcəyi aşkarlanmışdır.

İnzibati bölgü Ada inzibati cəhətdən Lord Houv adasının yerli icra nümayəndəliyinə daxildir.

İstinadlar

Kateqoriya:Avstraliya adaları Kateqoriya:Avstraliyadakı vulkanlar Kateqoriya:Avstraliyadakı ümumdünya irsi Kateqoriya:Kekurlar Kateqoriya:Avstraliyanın kimsəsiz adaları