Narınclar (əvvəlki adı: Nareştar) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Narınclar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin keçmiş adi Qoca Qurt olmuşdur. Oykonim təhrifə uğrayaraq Nareştar variantında da qeydə alınmışdır. 1992-ci ildə kəndin adı Narınclar kimi rəsmiləşdirılmışdır. Yaşayış məntəqəsi narişlar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar.

Tarixi Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nareştar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Nareştar kəndi Narınclar kəndi adlandırılmışdır.

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

10 noyabr 2020-ci il tarixli Qarabağ Atəşkəs Bəyanatına əsasən Narınclar kəndi 25 noyabr 2020-ci il tarixlində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Yaylaqları Aydoğan yurd, Qızılyoxuş yurdu, Dikdaş yurdu, Taxtalar yurdu, Taxtabuşduyal yurdu, Taxtabaşı yurdu, Pirin dağı yurd.

Bulaqları Qazı bulağı, Kor bulaq, Təhnəli bulaq, Qurban bəyin bulağı, Novruz çalanın bulağı, Göy bulaq, Təhməzin bulağı, Türvəndənin bulağı, Kup bulaq, Sızqa bulaq, Turş su, Hidinin bulağı, Sulu qaya.

Məşhur yerləri Dəflər, Göydərə, Taxtapuşlu yal,Böyük Aşıq Səlim yurdu, Kiçik Aşıq Səlim yurdu, Pirin dağı,Qızıl yoxuş Aydoğan dağı, Yurdlar, Qanqallı, Saryal, Bacıxanımdüşən, Qərvənd yalı, Qırmızı güney, Böyükdüz, Əlinin yeri, Durağın yurdu, Adıgözəlin zağası, İbrahim düşən, Çoban yurdu, Yumrutəpə, Sarıqaya, Qaraqaya, Bulağın dərəsi, Qızıl yoxuş, Sulu Qaya, Xam Qaya, Duva Daşı, Plan qoyulan, Kəmərlər, Cındırlı Pir, Yasovullar, Battaxlı, Qaraqaya, Qərvənd Yurdu, Ağqaya, Gülmalıölən dərə, Qumqazılan, Xaçın çayı.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Binələri və qışlaqları Dəmirli tovla binəsi, Damlar binəsi, Qərvənd yurdu,Sırxavənd yurdu,Dəyirmanın üstü binə,Çala yurd,Dəflər,

Əhalisi

Tanınmış şəxsləri Xoşqədəm Hidayətqızı — Azərbaycan jurnalisiti, "Azad Azərbaycan" telekanalında aparıcı.

İstinadlar

Xarici keçidlər

Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...

Kateqoriya:Ağdərə rayonunun kəndləri