Bayern 1 () — Alman ictimai radiostansiyası. Bavariya radioyayımına daxil olmaqla, buranın ən populyar radiostansiyasıdır.
Tarixi 1924-cü ildə orta dalğalarda Deutsche Stunde in Bayern adlı xüsusi radiostansiya buraxıldı.1925-ci ildə bu radiostansiya milliləşdirildi, 1931-ci ildə adı "Bayerischer Rundfunk"a dəyişdirildi. 1932-ci ildə isə tamamilə milliləşərək, 1934-cü ildə Reichsrundfunk adlı dövlət radiokompaniyasına daxil olmuş və adı "Reichssender München"ə dəyişdirilmişdi. 1945-ci ildə isə yayım dayandırıldı.
1945-ci ildə Amerika hərbi administrasiyası orta dalğalarla əvvəlcə American Forces Network adlı ingilisdilli radiostansiyasını, daha sonra isə Bavariyada 31 yanvar 1948-ci ildə sonuncu buraxılışı olan Radio München adlı stansiyanı yayımladı. Tarixən Bavariya radiosu "Bavar radioyayımı" və "tam proqram" adlı radioproqramlara bölünürdü. 1 yanvar 1974-cü ildə proqramlar ümumi şəkildə "Bayern 1" radiostansiyanın adı altında birləşdirildi. Auditoriyanın qalan hissəsini isə onlarçün "Oldiebased AC" adlı musiqi proqrammı yayımlanan yaşlı nəslin nümayəndələri təşkil edirdi.
Auditoriya 1996-cı ilə qədər musiqi və xalq mahnıları, əsasən, alman dilində, lakin sonrakı vaxtlarda radioda mahnılar da başqa dillərdədə yayımlanmağa başlandı. "Həyatın mərkəzində" proqramının () daxili sorğularına əsasən, radio dinləyicilərin əksəriyyəti 1970 və 80-ci illərin mahnılarını üstün tuturdular. Hər gün retro və pop musiqisi təxminən 1,9 milyon radio dinləyicisi tərəfindən dinlənilir.
Yayım şəbəkəsi 6 regional administrasiya rayonlarında gündəlik "Regional xəbərlər" adlı proqram — 12:00-dan 13:00-a qədər Münhendə, Frankoniyada, Yuxarı Bavariyada, Şərqi Bavariyada, Şvabiyada və Mərkəzi Frankoniyada yayımlanır. Hər gecə SR 3 Saarlandwelle radiostansiyası ilə ARD-Hitnacht radioproqramı, bazar günlərində isə bu vaxtı "Gecənin ritmi" () yayımlanır. Saat 4-də isə ARD-Hitnacht WDR 4 — lə səslənir. Gün ərzində 19 saat milli musiqi yayımlanır. 2013-cü ilin yanvar ayından Bayern 1 radiostansiyasında Bayern plus və BR-klassik proqramlarıda yayımlanır. Şənbə günləri saat 15:00-da futbol yarışmalarını canlı efirdən birbaşa yayımlayan "Bu gün stadionda" () adlı idman proqramı verilir. Bazar günləri 12:00-dan 14:00-a qədər məşhurluğu ilə tanınan "Mavi divan" () adlı proqram yayımlanır.
Aparıcılar Christoph Doimling Uwe Erdelt Gaby Fischer Peter Fraas Thomas Giebelhausen Connie Glogger Uwe Gurtler Peter Hirsch Barbara Yelen Petra Mentner Ulla Muller Stefan Lehmann Thomas Orner Wolfgang Schneider Tillmann Schöberl
Yayım Yayım ultrasəs dalğalar formatında, rəqəmsal və kabel video yayım formatında yayımlanır. Cənubi Afrika operatoru Deukom sayəsində İnternetdə yayımlanır.
Xarici keçidlər Rəsmi sayt Kateqoriya:Alman dilində radiostansiyalar