Rai Radio 1 (əvvəlki adı -Radio Uno kimi tanınırdı) — RAİ xəbərlər, idman, tok-şou və populyar musiqi sahəsində ixtisaslaşan İtalyan dövlət teleradiokompaniyasının ilk radiostansiyası. RAİ-nin ilk rəqəmsal, teleradioyayım multipleksinə daxildir.
Tarixi Birinci radiostansiya fəaliyyətə İtaliyada 6 oktyabr 1924-cü ildə "1-RO" adı ilə başlamışdır. Radiostansiyasının rəhbəri və sahibi İtaliyanın Radioyayım Birliyidir (). 1927-ci ildə İttifaq tezliklə İtaliyada hüquqi şəkildə fəaliyyət göstərən İtalyan Radioyayım orqanının () bir hissəsi oldu. 1944-cü ildə bu təşkilat İtaliya Radioyayım () təşkilatı adlandırıldı. İkinci Dünya müharibəsindən sonra 3 noyabr 1946-cı ildə 2 radiostansiya fəaliyyət göstərməyə başladı : "Qırmızı şəbəkə" () və "Mavi şəbəkə" (). Hər iki radiostansiya bərabər hüquqa malik olsa da , lakin verilən bu başlıqların məqsədi onların bir-birinə əks fikirləri yayımlamaq idi. 1 oktyabr 1950-ci ildə isə kultroloji proqramları və musiqiləri yayımlamaq məqsədilə 3-cü radiostansiya () fəaliyyətə başladı. 1 yanvar 1952-ci ildə artıq birgə şəkildə fəaliyyət göstərən bu 2 radiostansiya ənənəvi ad aldı : "Qırmızı şəbəkə" əvvəlcə "Milli proqram", daha sonralar "Birinci proqram", sonda isə müasir RAİ Radio 1 adını aldı. "Mavi şəbəkə" isə əvvəlcə "İkinci proqram" (), daha sonra isə Rai Radio 2 adını aldı.
Proqramlar Radiokanal proqramının əsasını xəbərlər buraxılışı, tok-şoular (danışıq janrında verlişlər), popular musiqilər və idman yayımları təşkil edir. Rai Radio 1 İtaliya futbol komandasının matçlarını, həmçinin İtaliya Futbol Çempionatının (Seriya A və Seriya B) qarşılaşmalarını birbaşa canlı efirdən yayımlayır. Matçın şərhləri 1960-cı ildən nəşr olunan "Bütün futbol dəqiqəsi" () adlı proqramda əks olunur.
Xarici keçidlər Rəsmi sayt