Şeyx Məttar məscidi (), Dörd Ayaqlı məscid, Qasım bəy məscidi və ya Qaım Padişah məscidi — Diyarbəkirdə 1500-ci ildə Ağqoyunlu bəylərindən Qasım bəyin əmri ilə inşa edilmiş məscid.
Haqqında Ağqoyunlu memarlığının ən önəmli əsərlərindəndr. Şeyx Mutəhharın qəbrinin üzərində tikilmişdir. Xalq arasında Şeyx Məttar məscidi olaraq bilinir, lakin qaynaqlarda adı Qasım bəy məscidi və ya Qasım Padişah olaraq da keməkdədir.
Dörd ayaqlı minarəsinə görə məşhurlaşmışdır. Yekparə daş sütun üzərində död künclü olaraq inşa edilmiş məscid Anadoluda ola yeganə dörd ayaqlı minarəyə sahibdir. Burada dörd ayaq 4 İslam məzhəbinin rəmzidir. Böyük ehtimalla, məscidə sonradan əlavə edilən minarə üzərində balkon vardır.
Həsən paşa abidəsinin yanındakı dar küçə içərisində olan məscid kvadrat planlı və tək qübbəlidir. Yanlarda üç cüt, şimal və cənubda isə 2 cüt pəncərəsi vardır. Pəncərələrin hamısının içində və xaricində kəmərlə qapanan girintilər vardır. Mehrabın iki yanında olan və üzəriləri pəncərə kəməri kimi duran bölmələr üst tərəfdəki kiçik bir cüt nərdivanla çıxışı təmin edən keçiddir.
Məscid 1960-cı ildə əsaslı şəkildə restavrasiya edilmişdir.
Bombalanma Kürd terrorist qruplaşması olan YDG-H ilə Türkiyə polisi arasında baş verən atışma zamanı 2015-ci ilin 25 noyabrında məscidin 2 minarəsi dağıdılmışdır.
Həmçinin bax Məscid Beynəlxalq məscid günü
İstinadlar
Kateqoriya:Türkiyə memarlığı Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Ağqoyunlu abidələri Kateqoriya:Ağqoyunlular Kateqoriya:Türkiyənin memarlıq abidələri Kateqoriya:1500-cü ildə tamamlanmış dini tikililər
Kateqoriya:İran memarlığı