AK-105 – AK-74M avtomatlarının qısaldılmış bir karabina versiyası olub, AK-47 avtomatlarının dizayn xüsusiyyətlərinə malikdir və AK-74 avtomatlarının varisi hesab olunur. AK-102, AK-104 və AK-105 avtomatlarının fərqi yalnız müxtəlif çapa malik güllələrdən istifadə etməsidir. Lakin onların dizayn xüsusiyyətləri çox oxşardır. AK-105, 5,45 × 39mm çaplı döyüş sursatından istifadə edir. AK-105 2001-ci ildən Rusiya Silahlı Qüvvələrinin arsenalında AKS-74U avtomatlarının davamı kimi istifadə olunur.
Atəş tezliyi: 600 mərmi/dəqiqədə
Güllənin başlanğıc sürəti: 840metr/saniyə
Güllənin effektiv zədələmə məsafəsi: 500 metr
Giliz 5.45x39 mm
Kalib 5.45 mm
Atəş rejimi – avtomatik və tək-tək
Daraqın tutumu – 30 ədəd
Nişangah – nizamlana bilən adi nişangah
Atış tipi: Qaz dövriyyəsi, dönər çaxmaq
Uzunluğu: 586 mm
Açıq qundaq və birləşdirilmiş süngü bıçaqla birlikdə uzunluğu: 824 mm
İstifadəçilər
: Suriya polisinin bəzi bölmələri tərəfindən istifadə edilir
Ermənistan Sərhəd Qoşunları tərəfindən istifadə olunur.
: Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin bəzi bölmələri tərəfindən istifadə olunur.Приказ Министерства внутренних дел РФ № 651 от 9 июля 2002 г.Приказ Министерства внутренних дел РФ № 611 от 4 августа 2006 г. "Об утверждении перечней специальных средств, видов, типов и моделей огнестрельного и газового оружия, патронов и боеприпасов к нему, норм обеспечения ими работников военизированных и сторожевых подразделений ФГУП "Охрана" МВД России" (приложение № 2) Həmçinin, digər hüquq-mühafizə orqanlarının da xidmətində istifadə edilirlər.Постановление Правительства РФ № 776 от 2 октября 2009 г. "Об обеспечении боевым ручным стрелковым и иным оружием, патронами к нему, специальными средствами, оборудованием и снаряжением Федеральной службы судебных приставов" Rusiya Silahlı Qüvvələri tərəfindən məhdud sayda istifadə edilir.
: Namibiya Dəniz Piyadaları tərəfindən istifadə olunur.
İstinadlar
Kateqoriya:Rusiya avtomatları Kateqoriya:Karabinlər