Albaniya Ana () — Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Milli Şəhidlər Qəbiristanlığında heykəl.

Təsviri Heykəl 3 metrlik bir təməl üzərində ucaldılmışdır. Təsvir edilən qadın fiqurunun hündürlüyü 12 metr, heykəlin ümumi hündürlüyü isə 20 metrdir.

Heykəl Albaniyanı onun üçün canını verənlərə keşikçilik edən bir ana kimi təsvir edir. Heykəl əlində dəfnələrdən ibarət bir çələng və bir ulduz daşıyır.

Heykəlin üzərində "Lavdi e perjetshme deshmoreve tee Atdheutt" () yazılmışdır.

Heykəl betondan hazırlanıb.

Tarix Heykəl 1971-ci ildə ucaldılmışdır. Heykəlin yerləşdiyi qəbiristanlıqda təxminən 28.000-dən çox alban partizan döyüşçüsünün qəbri var ki, onların hamısı İkinci Dünya müharibəsi zamanı həlak olublar.

Qəbiristanlıq əvvəllər Albaniyanın siyasi xadimi Ənvər Xocanın qəbri də yerləşirdi, ancaq daha sonra onun qəbri başqa bir ictimai qəbiristanlığa daşınmışdır..

Onun heykəltəraşları – Kristas Rama, Mümtaz Drami və Şaban Haderi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Albaniya abidələri Kateqoriya:Albaniyanın milli simvolları Kateqoriya:Nəhəng heykəllər Kateqoriya:1971-ci ildə yarananlar Kateqoriya:Milli personifikasiyalar