Səs-küylü ev () – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir.
Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir.
Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir. Seriya rəsmi olaraq 2016-cı il mayın 2-də televiziyada təqdim olunur. İki mövsümü yayımlanıb, üçüncü mövsüm isə hazırda yayımlanır.
Mənim səs-küylü evim, ilk yayım ayından etibarən Amerika televiziyasında yüksək qiymətləndirilib. Seriya, 28-ci və 29-cu GLAAD Media Awards-da əhəmiyyətli bir media nominasiyasına layiq görülmüşdür.
6 Mart 2018-ci ildə, Mənim səs-küylü evim cizgi-serialının dördüncü mövsüm üçün hazırlıqlar apardığı açıqlandı.
Süjet xətti Cizgi film, Royal Woods şəhərində (Miçiqan) kiçik şəhərində yaşayan Lili, Liza, Lola, Lana, Lusi, Lin, Luan, Lana, Leni, Lori adlı 10 qızları və Linkoln adında 1 oğlan övladları olan ailənin macərasından bəhs edir. Valideynləri iş ilə əlaqədar çox vaxt evdə olmur və ailə üzvləri çox çətin olsa da, maraqlı və əyləncəli vaxt keçirirlər. Qardaşların müxtəlif yaşlarına və maraqlarına baxmayaraq, onlar bir-birləri ilə çox yaxşı anlaşırlar. Çünki Linkoln bacılarına qayğıkeşlik edir və bəzən mübahisələr olsa da bir-birlərinə qarşı həssasdılar. Linkoln onlarla çox da yaxşı yola getməsə də, onlar daim bir olmağa hazırdılar.
Qəhrəmanlar Linkoln Laud () – Səs-küylü Laud ailəsinin tək oğlan uşağı, cizgi-serialın əsas qəhrəmanı. Lori Laud () – Linkolnun 17 yaşlı bacısı və ailənin ən böyük uşağı. Leni Laud () – Linkolnun 16 yaşlı bacısı və inkişaf edən model dizayner. Luna Laud () – Linkolnun 15 yaşlı bacısı həmçinin istedadlı bir musiqiçi. Luan Laud () – Linkolnun 14 yaşlı bacısı və təcrübəsiz komik. Lin Laud, Jr. () – Linkolnun 13 yaşlı bacısı, həmçinin yüksək idman bacarıqları var. Lusi Laud () – Klassik poeziya sevən Linkolnun 8 yaşlı bacısı. Lana Laud () – Linkolnun 6 yaşlı bacısı və Lolanın əkizi. Lola Laud () – Linkolnun 6 yaşlı qardaşı və Lananın əkizi. Liza Meri Laud () – Ailənin ən ağıllı üzvlərindən biri, Linkolnun 4 yaşlı bacısı. Lili Loud () – Linkolnun 1,5 yaşlı bacısı. Klayd MakBrayd () — Lincolnun ən yaxşı dostu, Howard və Haroldın övladlarıdır. Linn Laud () – Səs-küylü Laud ailəsinin atası. Rita Laud () – Səs-küylü Laud ailəsinin anası.
Epizodların siyahısı + "Mənim səs-küylü evim" cizgi-serialının mövsüm və seriyalarının siyahısıMövsümSeriyaların sayıSeqmentİlk yayımSon yayım04ТВА5 İyun, 2014ТВА127522 May, 20168 Noyabr, 2016226499 Noyabr, 20161 Dekabr, 20173264819 Yanvar, 20187 Mart, 2019426ТВА2019ТВА
Mükafatlar və namizədliklər Mənim səs-küylü evim (ing. The Loud House) cizgi-filmi 28-ci GLAAD Media Mükafatlarına and 29-cu GLAAD Media Mükafatlarına layiq görülmüşdür. GLAAD Media Mükafatları ilə yanaşı 2017 Uşaqların Seçimi Mükafatı (ing. 2017 Kids' Choice Awards) və 2018 Uşaqların Seçimi Mükafatında (ing. 2018 Kids' Choice Awards) sevimli cizgi-film seçilmişdir.
İlTəqdim edildiMükafat/KateqoriyaNamizədVəziyyətRef.201728th GLAAD Media Mükafatları"Görkəmli Fərdi Seriya" Mükafatı"Diqqət çatışmazlığı"NominasiyaNickelodeon Uşaqların Seçimi Mükafatı"Sevimli cizgi-film" MükafatıSəs-küylü Ailə (ing. The Loud House)NominasiyaCavan Artist Mükafatı"Səsli rolda ən yaxşı performans – Gənc Aktyor"Grant Palmer ASCAP Televiziya Mükafatları"Top Televiziya Seriyası" MükafatıDoug Rockwell, Michelle Lewis, and Phillip Cimino 201829th GLAAD Media Mükafatları"Görkəmli Uşaqlar və Ailə Şousu" MükafatıSəs-küylü Ailə (ing. The Loud House) 45-ci Annie MükafatlarıAnimasiya Televiziya / Rabitə İstehsalatında İstehsalat Dizaynı üçün Əldə edilmiş MükafatAmanda Rynda, Larry Murphy, Edgar Duncan, Hallie Wilson, and Jared MorganNickelodeon Uşaqların Seçimi Mükafatı"Sevimli Cizgi-film" MükafatıThe Loud HouseNominasiya45-ci Gün Emmy Mükafatları"Animasiyalı proqramda Üstün Yönləndirmə"Kyle Marshall and Lisa Schaffer "Animasiyalı proqramda Üstün Yazılım"Eric Acosta, Sammie Crowley, Karla Shropshire, Kevin Sullivan, Whitney Wetta, and Michael Rubiner Nickelodeon Meksika Uşaqların Seçimi Mükafatı"Sevimli Cizgi-film" MükafatıSəs-küylü Ailə (ing. The Loud House) 2019Nickelodeon Uşaqların Seçimi Mükafatı"Sevimli Cizgi-film" Mükafatı Gündüz Emmy Mükafatları"Uşaqların görkəmli Animasiya Seriyaları" "Animasiyalı proqramda Üstün Yazılım" mükafatıEric AcostaSammie CrowleyKarla Sakas ShirosphireKevin SullivanWhitney WettaMichael Rubiner "Animasiyalı proqramda Üstün Montajlama" mükafatıOliver PearceAmaris CavinGayle M. GrechAndrew HuangMonica DeStefanoRachel RussakoffJon KinyonRichard A. DomincusMatthew MalachMatt Brailey
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cizgi serialları Kateqoriya:Nickelodeon orijinal proqramları Kateqoriya:Animasiya serialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Uşaq teleserialları