Aurel Stodola (; ) — slovak mühəndis, fizik və ixtiraçı. Texniki termodinamika və tətbiq sahəsində pioner idi və 1903-cü ildə “Die Dampfturbine” () adlı kitabı nəşr etdi. Turbin dizaynı ilə məşğul olan termodinamik məsələlərə əlavə olaraq, kitabda maye axınının, titrəyişin, plitələrin, qabıqların və fırlanan disklərin və stressin konsentrasiyalarının deşiklər və filetlərdə analizindən bəhs olunurdu.Rao, S., "Mechanical Vibrations", Addison-Wesley, Wokingham, England, Third Edition, 1995. 1892-ci ildə Stodola Enerji Çevrilməsi Laboratoriyasını qurmuşdur. Həyatı 1877-ci ildə Budapeşt Politexnik Məktəbində, sonra isə 1878-ci ildə Zürih Politexnik İnstitutunda maşınqayırma fakültəsini oxudu, 1881-ci ildə fərqlənmə diplomunu aldı. Məzuniyyətdən sonra atasının emalatxanasında çıxan yanğında məhv olmuş məhsulu bərpa etməyə kömək etdi. 1884-1892-ci illərdə Praqadakı Ruston mühəndis zavodunda çalışmışdır. Stodola, İsveçrənin Politexnik İnstitutunda maşınqayırma üzrə professor olmuşdur. Tələbələrindən biri Albert Eynşteyn idi.

Turbomaşınlar və istilik mühərrikləri sahəsində mütəxəssis kimi tanındı. Onun adına turbin məhsuldarlığına dair qanun hazırladı.

Ferdinand Zauerbrux ilə birlikdə bir protez qol hazırladı. "Mühəndisin gözündən iman düşüncələri" kitabını yazdı. Bundan əlavə, Stodola fəlsəfi və iqtisadi məsələlərlə məşğul olub, Albert Eynşteyn və Albert Şveyçer ilə ünsiyyət qurmuşdur. 1929-cu ildə təqaüdə çıxdıqdan sonra araşdırma aparmağa davam etdi. Ədəbiyyat Buxar turbinləri və istilik mühərriklərinin gələcəyi — 1904 Avtomatik tənzimləmə nəzəriyyəsi — 1949.

İstinadlar

Xarici keçidlər

Virtual Exhibition from the Library of the ETH Zürich Fund of A. Stodola

Kateqoriya:Sürix Universitetinin müəllimləri Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:XX əsr mühəndisləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:Maşınqayırma mühəndisləri