() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Avropanın endemik canlısı. İlk aşkarlanan troglobiont böcək növüdür. Növün aşkarlanması ilə üstəlik biospeleologiyanın əsasını qoymuşdur. thumb|220px|L. hochenwartii thumb|Портреты Franz von Hohenwart və Ferdinand Jožef Schmidt Sloveniya Milli Muzeyinin Lyublyana arxivindən
Təsviri Uzunluqları 1 sm-dir. Bığcıqları uzun və ensizdir. Ayaqları çox uzun olması, onların tez hərəkət etməsinə imkan verir. Qanad üzlükləri güclü, yarısferik, tamamilə qarını belə əhatə edə bilir. Bu isə ona fizoqrafik görünüş verir. Triqlobiontlar Cənubi-Şərqi Avropada, karst mağaralarında yayılmışdır (Dinar dağları: Sloveniya və Xorvatiya). Əsasən iri və sərin mağaralarda yaşayırlar. Burada havanın temperaturu 12 °C-dən yuxarı olmur.
Açılış tarixi Leptodirus hochenwartii böcəyi ilk dəfə 1831-ci ildə mayak köməkçisi Luka Čeč tərəfindən aşkarlanmışdır. O, Postoyska-yama mağaraları sistemini (; ) araşdırarkən böçəyi tapmışdır. O, böcəyi qraf Frans fon Hoenvarta verir. Ancaq Hoenvart onun təsnifatını müəyyən edə və təsnif edə bilmədiyindən bunu etmək üçün Lyublyanandan olan sloven naturalist Ferdinat Cozef Şmidtə (1791–1878) müraciət edir. Şmidt alınmış nümünəni elm üçün yeni bir növ olmasını müəyyən edir və bu haqda "Illyrisches Blatt" (1832) məqaləsində qeyd edir. Məqalədə elmi cəhətdən formalda olsa ilk dəfə mağara heyvanlarının təsvirini təqdim edilir. Şmidt tərəfindən aparılan sonrakı araşdırmalar elmə məlum olmayan və yeni aşkarlanan növlərin müəyyənləşdirməsinə imkan verdi. Bu biologlar arasında əhəmiyyətli dərəcədə maraq doğuran hadisə idi. Buna görə də Leptodirus hochenwartiinin kəşfi biospeleologiyanın başlanğıc nöqtəsi hesab edilir.
Etimologiya Leptodirus hochenwartii Lyublyanada Sloveniya Milli Muzeyinin təşkilatçısı, naturalist, etnomoloq və qraf Frans fon Hoenvartın şərəfinə adlandırılmışdır.
Yarımnövləri L. hochenwartii 6 yarımnövə bölünür: L. hochenwartii hochenwartii Schmidt, 1832 L. hochenwartii reticulatus J. Müller, 1906 L. hochenwartii schmidti (Motschoulsky, 1856) L. hochenwartii croaticus Pretner, 1955 L. hochenwartii velebiticus Pretner, 1970 L. hochenwartii pretneri Müller, 1926
Qorunma statusu Məhdud ərazidə yayılması və aşağı artım tempinə görə L. hochenwartii, bəzi mağaralarda hətta yüksək sıxlığına baxmayaraq, nadir və nəsli kəsilməkdə olan bir növ sayılır. Buna görə də L. hochenwartii nəsli kəsilməkdə olan bir növ olaraq Sloveniuyanın Qırmızı kitabına daxil edilmişdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Mağara həşəratları