right|thumb|650px|Slovakiya avtomobil yolları Slovakiya avtomobil yolları standart avtomagistrallar (, uzunluğu — 432 km) və yüksək sürətli məhdud istifadədə olan şoselərdən ( uzunluğu 288 km) ibarətdir. İdarəedici orqan — Slovakiya Milli Avtomobil yolları və ya NDS şirkəti. Şirkət 2005-ci ildə qurulmuşdur. Slovakiyada ilk müasir formalı yolların inşasına 2 may 1939-cu ildə başlanmışdır. 2008-ci ilə olan məlumata görə ölkədə 43761 km avtomobil yolu vardır. Bunun 432 kilometri avtomagistralların payına düşür. Yüksək sürətli yolların uzunluğu, 288 kilometrdir.
Qaydalar və hərəkət məhdudiyyətlər
Sürət Avtomagistrallarda və şoselərdə maksimal sürət adi avtomobil və motosikletlər üçün 130 km/saat təşkil edir. Yük maşınları və yüngül avtomobillər üçün 90 km/s, avtobuslar üçün isə sürət həddi 100 km/s təşkil edir. Qəsəbələr daxilində avtobusların hərəkət sürəti 90 km/saatdan çox ola bilməz. İkitərəfli tunellərdə sürət məhdudiyyətləri 80-dən 100 km /s-ə, bir yollu tunellərdə isə 80 km/s-ə qədərdir. Bratislava-Vaynora-Trnava avtomobil yolunun D1 hissəsində 5 ilə 19 saat arasında 110 km/saat məhdudlaşdırılır. Birtərəfli yollarda bu göstərici 100 km/saatdır.
Avtomagistrallar thumb|100px|left|D1 Avtomagistralı thumb|250px|right|D1 Avtomagistralı Slovakiyada avtomagistrallar iki zolaqlıdır. Sürət həddi 130 km/s təşkil edir. Aşağıdakı avtomobil yolları fəaliyyət göstərir: Avtomagistrallar Avtomagistral D1 (Slovakiya): Bratislava — Trnava — Trençin — Povajska-Bıstrisa — Jilina, Liptovski-Mikulaş — Yanovse, Preşov — Koşise — Zaxor (Ukrayna sərhədinə qədər) Avtomagistral D2 (Slovakiya): Kuti (Çexiya sərhədinə qədər) — Malaski — Bratislava — Yakovisa (Macarıstan sərhədinə qədər)) Avtomagistral D3 (Slovakiya): Dolni-Xriçov — Jilina — Çadçq — Skalite (Polşa sərhədinə qədər) Avtomagistral D4 (Slovakiya): Yarovse — Avstriya sərhədinə qədər
Yüksək sürətli şoselər thumb|100px|left|Şose R1 thumb|250px|right|Şose R1 Məhdud istifadəyə aid şoselər iki zolaqlıdır, avtomobillərin keçməsi üçün tələblər daha yumşaqdır. Lakin sürət həddi eynidir — 130 km/s. aşağıdakı şoselər fəaliyyətdədir: Şose R1: Trnava — Nitra — Zvolen — Banska-Bistrisa Şose R2: Çexiya sərhədinə qədər — Trençin — Previdza — Zvolen — Rimavska-Sobota — Koşise Şose R3: Macarıstan sərhədinə qədər — Zvolen — Martin — Polşa sərhədinə qədər Şose R4: Macarıstan sərhədinə qədər — Koşise — Preşov — Svidnik — Polşa sərhədinə qədər Şose R5: Svrçinoveç — Çexiya sərhədinə qədər Şose R6: Beluşa — Puxov — Çexiya sərhədinə qədər Şose R7: Bratislavq — Nove-Zamki — Krupina — LuçenesR1 Şose R8 Şose R9
Həmçinin bax Slovakiyada nəqliyyat
İstinadlar
Mənbə
Milli Avtomobil yolları şirkətinin rəsmi saytı Diaľničné nálepky na rok 2013 v Slovenskej republike
Kateqoriya:Slovakiyada nəqliyyat