Leonti Qurtyev (; ) — Sovet ordusunun zabiti; General-mayor. Qurtyev Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsində iştirak etmişdir. Sovet İttifaqı Qəhrəmanı olan zabit xüsusi ilə 1942–1943-cü illərdə baş vermiş Stalinqrad döyüşündəki xidmətləri ilə məşhurdur.

Həyatı Leonti Qurtyev 1891-ci ilin 1 iyul tarixində Şamaxı rayonunu Xilmilli kəndində anadan olmuşdur. Etnik baxımdan polyak olan ailəsi Şamaxı meşələrindən odun qırıb satmaqla dolanışıqlarını təmin edirdilər. 1900-ci ilin əvvəllərində ailə müasir Litva ərazisində yerləşən Panevejis şəhərinə köçür və burada yaşamağa başlayır. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Qurtyev Xarkov şəhərində yerləşən Fizika və Texnologiya İnstitutuna daxil olmuşdur.

1914-cü ildə təhsilini Sankt-Peterburq şəhərindəki Politexnik İnstitutuna transfer edir. Sankt-Peterburq şəhərində olduğu zaman yerli fəhlə mitinqlərinə qatıldığı üçün 3 ay müddətinə həbs olunaraq Pyotr və Paul Qalasında yerləşən həbsxanaya salınmışdır.

İstinadlar

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Bolşeviklər Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar) Kateqoriya:Azərbaycan mühacirləri