Mirheydər Feyzullin (tam adı: Mirheydər Mustafa oğlu Feyzullin, , ; təxəllüsü: Mirheydər Feyzi, , , ; ) — Başqırdıstan və Tatarıstan yazıçısı, şairi, dramaturqu və publisisti.
Həyatı Mirheydər Mustafa oğlu Feyzullin 19 oktyabr 1891-ci ildə Rusiya imperiyasının Orenburq quberniyasının Orsk mahalında anadan olmuşdur. Onun atası – Mustafa Feyzullin Orenburq sahibkarı Hüseynovun fermasını idarə edirdi. Bir müddət sonra o, ailəsi ilə birlikdə Orska köçür.
Mirheydər Feyzullin 1902–1905-ci illərdə Orsk şəhərindəki yerli bir mədrəsədə, 1905-ci ildən isə "Hüseyniyyə" mədrəsəsində təhsil almışdır. 1907-ci ildə səhhəti ilə bağlı problemlərə görə təhsilini yarıda buraxmışdır.
O, 14 yaşında olarkən ilk pyesini yazmışdır. 1912-ci ildə onun ilk kolleksiyası – "Şeirlərim" nəşr olunmuşdur. Kolleksiyanın tərkibində olan pyeslər – "Çiçəklərin arasında", "Bəzədilmək", "Gənclər aldatmayacaq".
Mirheydər Feyzullin 1911–1916-cı illərdə Orsk, İske Baltas, Börü mahallarını gəzmiş, başqırd və tatar folklorundan nümunələri kitaba yazmışdır.
1919–1922-ci illərdə o, Yulık kəndində Rəmiyev qardaşları tərəfindən açılan bir kitabxanada işləmişdir.
Mirheydər Feyzullin 1922-ci ildə Teməs kəndinə köçmüş, orada "Qızıl Ural" ("Ҡыҙыл Урал") qəzetinin redaktoru kimi çalışmışdır. O, 1923–1926-cı illərdə Kazan şəhərindəki mərkəzi kitabxananın dərslik departamentində işləmişdir.
O, 1926-cı ildə vərəm xəstəliyinə tutulmuş, müalicə olunmaq üçün Krıma getmişdir. O daha sonra Başqırdıstana qayıtmış, Tubinsk və Baymaq kitabxanalarında işləmişdir.
Mirheydər Mustafa oğlu Feyzullin 9 iyul 1928 SSRİ-nin RSFSR-nın Başqırd MSSR-nın Baymaq şəhərində 36 yaşında vəfat etmişdir.
Mənbə
Ədəbiyyat
Xarici keçidlər Tufan Minnullin — Белем.ру saytında.
Kateqoriya:Tatar yazıçılar Kateqoriya:Tatar şairlər Kateqoriya:Tatar dramaturqlar Kateqoriya:Tatar publisistlər Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Başqırdıstan dramaturqları Kateqoriya:Başqırdıstan şairləri Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Başqırdıstan dramaturqları