Fəthilisalam Burnaşev (tam adı: Fəthilisalam Zakir oğlu Burnaşev, Фәтхелислам Закир улы Бурнашев, Фатхелислам Закирович Бурнашев; təxəllüsü: Fəthi Burnaş, Фәтхи Бурнаш, Фатхи Бурнаш; ) — tatar əsilli SSRİ dramaturqu, şairi, nasiri, publisisti, tərcüməçisi, teatr aktyoru və ictimai xadimi.

Həyatı Fəthilisalam Zakir oğlu Burnaşev 13 yanvar 1898-ci ildə SSRİ-nin respublikalarından olan RSFSR-nın daxilindəki Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının Batır rayonunun Kır Bikşege kəndində anadan olmuşdur. O, Kazan şəhərinə köçmüş və mədrəsədə təhsil almışdır. 1919-cu ildə RKP (b) üzvü olmuşdur. Oktyabr inqilabından sonra yazıçı və ictimai xadim olaraq fəaliyyət göstərməyə başlamışdır. O bir neçə tatardilli qəzet və jurnallarının tərtbatçısı və redaktoru olmuşdur. Bunlardan biri də «Çayan» («Чаян», «Skorpion») jurnalıdır.

Fəthi Burnaş Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, 1927–1928-ci illərdə Kazan şəhərindəki Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrının rəhbəri idi.

Fəthi Burnaş 24 avqust 1940-cı ildə repressiyaya məruz qalmışdır. O, 24 yanvar 1941-ci ildə Tacikistan SSR tərəfindən hökumətə qarşı təşvişdən təqsirlənərək on il azadlıqdan məhrum olma və mal-mülklərinin müsadirə edilməsi ilə cəzalandırılmışdır. O, 15 iyun 1942-ci ildə -nin 15 iyun 1942-ci il tarixli Xüsusi Yığıncağında ilə yenidən qınanmışdır.

Fəthilisalam Zakir oğlu Burnaşev 1 avqust 1942-ci ildə SSRİ-nin RSFSR-nın Samara şəhərində güllələnmişdir. O, 1957-ci ildə bəraət qazanmışdır. 1988-ci ilə qədər nəşr olunan publikasiyalarda Burnaşevin 1946-cı ildə vəfat etdiyi qeyd edilirdi.

Yaradıcılığı Fəthi Burnaş tatar ədəbiyyatı və teatrı üçün dram və lirik janrlarında çoxlu əsərlər ərsəyə gətirmişdir.

O, yaradıcılıq fəaliyyətinə 1914-cü ildə başlamışdır. Fəthi Burnaş həyatı boyunca 20-dən çox pyesin müəllifi olmuşdur. Onun erkən əsərləri – «Tahir və Zöhrə» («Таhир и Зөhрә») və «Gənc ürəklər» («Яшь йөрәкләр») məşhurlaşmışdır.

Fəthi Burnaş müəllifi olduğu əsərlərdə təhkimçilik hüququ, imperializm, vətəndaş müharibəsi mövzularına, eləcə də sosialist dövlətin qurulması mövzusuna toxunmuşdur. Fəthi Burnaşın pyesləri Kazan, Astraxan şəhərlərindəki tatar teatrlarında, eləcə də başqırd teatrlarında səhnələnmişdir ki, onun pyesləri hələ də tatar teatrlarında səhnələşdirilir.

Fəthi Burnaş Abdulla Tuqayın təqibçisi idi. O, romantik janrda poemalar yazırdı ki, onun çoxlu şeir kolleksiyaları var.

Fəthi Burnaş Aleksandr Puşkin, Nikolay Ostrovski, Maksim Qorki, İvan Turgenev və Lev Tolstoyun əsərlərini tatar dilinə tərcümə etmişdir.

Mənbə Ədəbiyyat

Xarici keçidlər Fəthi Burnaş — Tatarıstan Respublikasının Milli Kitabxanasının rəsmi saytında. Fəthi Burnaş — Татар язычылары порталы saytında. Fəthi Burnaş — shigriyat.ru saytında. Fəthi Burnaş — Fəthi Burnaşın «Krasnaya Tatariya» qəzetinə 26 dekabr 1930-cu il tarixli məktubu tatar-ile.livejournal.com saytında.

Kateqoriya:Edam olunanlar Kateqoriya:Tatar dramaturqlar Kateqoriya:Tatar yazıçılar Kateqoriya:Tatar şairlər Kateqoriya:Tatar publisistlər Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar