Təhməzov Əli Şahbaba oğlu () — Azərbaycan Respublikasının baş nazirinin müavini (1993–1994), Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1993–1994), Azərbaycan Respublikasının əməkdar inşaatçısı (1991). "Bakı Baş Tikinti İdarəsi sənaye üsulu ilə evtikmə istehsal birliyinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1991-ci il tarixli, 266 nömrəli Fərmanı
Həyatı Əli Təhməzov 2 yanvar 1943-cü ildə Ağsu rayonunun Keşdəməz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.
Azərbaycan Respublikasının əməkdar inşaatçısı və Azərbaycan Respublikasının əməkdar mühəndisidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 3 övladı var.
Fəaliyyəti Əmək fəaliyyətinə 1961-ci ildə başlamış və tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildən 2 nömrəli Ev Tikmə Kombinatının rəisi, 1982-ci ildən Birlik İdarəsinin rəisi, 1985-ci ildən Bakı Baş Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dəmir Yol İdarəsinin rəis müavini və 1992-ci ildən Nazirlər Kabinetində baş referent vəzifələrində çalışmışdır.
1993–1994-cü illərdə Azərbaycan Respublikasının baş nazirinin müavini və Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir.
2003–2015-ci illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Layihə İdarəsində rəis müavini çalışmışdır.
Mükafatları Azərbaycan Respublikasının əməkdar inşaatçısı Azərbaycan Respublikasının əməkdar mühəndisi
İstinadlar
Kateqoriya:Azərbaycan baş nazirinin müavinləri Kateqoriya:Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədrləri