Tbilisi meriyası () – Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Azadlıq meydanının cənub hissəsində yerləşən saat qülləsinə malik tarixi binadır. Binada şəhər meriyası və şəhər assambleyası (sakrebulo) yerləşir.

Tarixi Bina, ilkin olaraq Çar Rusiyası hakimiyyəti dövründə – 1830-cu illərdə inşa edilsə də, sonrakı iki yüz il ərazində dəfələrlə yenidənqurmalara məruz qalmış və ilkin görkəmini əhəmiyyətli dərəcədə itirmişdir. 1879-cu ildə kimi bina, Baş polis idarəsi və polis departamenti kimi fəaliyyət göstərmişdir. 1878-ci ildə binada yenidənqurma işlərinin aparılması və şəhər duması binasına çevrilməsi üçün müsabiqə elan edilmiş və müsabiqədə Pavel Şternin layihəsi qalib elan edilmişdir. Binanın memarlığında o zaman məşhur neomavritan elementləri ilə zəngin ekzotik stil əksini tapmışdır. 1910-cu ildə binaya saat qülləsi əlavə edilmiş, 1912-ci ildə isə binanın aşağı mərtəbəli cinah hissələrinə əlavə mərtəbələr əlavə edilməsi ilə genişləndirilmə işləri aparılmışdır.

Adminstrasiya Tbilisi meriyası binasında, şəhər meriyası və əlaqəli bir neçə hökumət orqanı, şəhər assambleyası və tarixi əczaxana yerləşir. Binanın birinci mərtəbəsinə lüks kateqoriyalı geyim mağazaları fəaliyyət göstərir.

İstinadlar

Ədəbiyyat "საქართველოს ძველი ქალაქები: თბილისი" (2006), .

Xarici keçidlər Tbilisi höküməti

Kateqoriya:Gürcüstan tikililəri Kateqoriya:Gürcüstan meriya binaları Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:Tbilisi tarixi