Füzuli Nurəddin oğlu Məmmədov () — azərbaycanlı futbol mütəxəssisi, UEFA-nın "A" kateqoriyalı məşqçisi.
Bioqrafiyası Məmmədov Füzuli Nurəddin oğlu 1977-ci il sentyabr ayının 8-də Qərbi Azərbaycanın Masis rayonunda dünyaya gəlib. 2-ci sinifdə oxuyarkən, 1984-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini 96 saylı orta məktəbdə davam etdirib. Futbolla uşaq yaşlarında, Kazbek Tuayevin futbol məktəbində, Valeri Nikiforovun başçılığı altında məşğul olmağa başlayıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman oyunları" fakültəsinin məzunudur. Evlidir, üç ovladı — iki oğlu və bir qızı var. Qardaşı Xəqani Məmmədov da Azərbaycanın tanınmış futbol simalarındandır. Milli komandamızın sabiq hücumçusudur. Hal-hazırda da məşqçilik fəaliyyəti ilə məşğuldur. UEFA-nın "A" kateqoriyalı məşqçisidir.
Məşqçi karyerası Məşqçilik karyerasına 2013-cü ildə "Rəvan" komandasında başlayıb. İlk öncə 6 ay ərzində 11 yaşlılar qrupuna başçılıq edib. Daha sonra 19 yaşlılar qrupunda məşqçi, bir müddət sonra isə komandanın əsas heyətinə baş məşqçinin köməkçisi vəzifəsinə təyin edilib. 2014-cü ildə Füzuli Məmmədovun rəhbərlik etdiyi U-19 komandası Azərbaycan çempionatında qalib gələrək, UEFA-nın Çempionalr Liqasında iştirak edib.
2015-ci ildə "Zirə" komandasına keçib. Füzuli Məmmədovun rəhbərliyi altında U-19 komandası ölkə çempionatının gümüş medallarını qazanıb. 2016-cı ildə Bakının "İnter" komandasının U-17, 2017-ci ildə isə "Səbail" komandasının eyni yaş qrupunun baş məqşçisi vəzifəsində çalışıb. "Səbail"ə başçılıq etdiyi müddət ərzində komanda Azərbaycan çempionatının gümüş medallarını qazanıb.
2018-ci ildən etibarən "Neftçi" komandasında baş məşqçinin birinci köməkçisi vəzifəsində çalışır.
Füzuli Məmmədov 2025-ci ilin noyabrından etibarən "Karvan" klubunda məşqçi kimi fəaliyyət göstərib. 23 yanvar 2026-ci ildə o, mövsüm sonuna qədər klubun baş məşqçisi təyin edilib. 29 may 2026-cı ildə onun klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb və Məmmədov vəzifəsindən ayrılıb. Uğurları
"Neftçi" PFK-nın heyətində 1993 — Yüksək Liqanın bürünc mükafatçısı 1994/95 — Yüksək Liqanın bürünc mükafatçısı 1994/95 — Azərbaycan Kubokunun qalibi 1995/96 — Yüksək Liqanın qalibi 1995/96 — Azərbaycan Kubokunun qalibi
"Şəfa" FK-nın heyətində 2000/01 — Azərbaycan Kubokunun qalibi
"Xəzər Lənkəran" FK-nın heyətində 2004/05 — Premyer Liqanın gümüş mükafatçısı 2006/07 — Premyer Liqanın qalibi 2006/07 — Azərbaycan Kubokunun qalibi 2007/08 — Azərbaycan Kubokunun qalibi 2008 — Birlik Kubokunun qalibi
"Simurq" FK-nın heyətində 2008/09 — Premyer Liqanın bürünc mükafatçısı
İstinadlar
Xarici keçidlər National-football-teams.com saytında profili Füzuli Məmmədov: "Sındırdığım futbolçulardan biri də qardaşım olub" F. Mämmädov on scoresway.com
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Neftçala FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular