İrott-kö () və ya Geşribenşteyn (; ) — Avstriya və Macarıstan sərhədində yerləşən və hündürlüyü olan dağ.

Coğrafiyası İrott-kö Köseq dağlarının, Qərbi Macarıstanın (Transdanubiya), eləcə də Burgenlandın ən hündür dağdır. Dağın hündürlüyü Avstriya mənbələrinə görə – , Macarıstan mənbələrinə görə isə – . İrott-kö dağı Macarıstanın ən hündür zirvələri siyahısında 44-cü yerdədir.

Avstriya tərəfdən dağa ən yaxın qəsəbələr Rextnits və Lokkenhausdur. Macarıstan tərəfdən dağa ən yaxın ən yaxın isə Köseqdir.

Adı Dağın macar dilindəki əvvəlki adları Fenyoheq (; mənası – Şam ağacı) və Salkö (; mənası – Sap daşı) olub. Dağın müasir adının (macar dilində , alman dilində ) mənası "" deməkdir. Ehtimal olunur ki, bu ad Vattyani və Esterhazi sülalələrinin Avstriya–Macarıstan sərhədində yerləşən yazılı abidələrə istinad edir.

Tarixi Dağ ilk dəfə XIV əsrdə qeydə alınmışdır. Dağın zirvəsində 1913-cü ildə tikilmiş bir müşahidə qülləsi mövcuddur. Bu tikili Avstriya–Macarıstan sərhədinin tam üzərində yerləşir.

2007-ci ilin dekabr ayından etibarən Avstriya–Macarıstan sərhədindən rəsmiyyət olmadan keçmək mümkündür. Buna səbəb Macarıstanın Şengen razılaşmasına qoşulmasıdır.

Mənbə İstinadlar

Ədəbiyyat Szerényi Gábor: Séta az Írott-kő Natúrparkon keresztül - A kéktúra nyugati végpontján, Élet és Tudomány, 2010 (65. évf.) 40. sz. 1264-1266. old. Domonkos János: Jeles pontok a térképen: az Írott-kő, Természetbúvár, 1991 (46. évf.) 2. sz. 43. old. Bartha Dénes - Markovics Tibor: Az Írott-kő harangvirágai, Természetbúvár, 1990 (45. évf.) 6. sz. 43. old. Bakos György: Az Írottkő Natúrparkért Egyesület, Honismeret, 2010 (35. évf.) 3. sz. 56-61. old. Bokányiné Boda Gyöngyi - Kiss Kornélia: "Határtalan természet - ezeréves kultúra" - Az Írottkő-Geschriebenstein Natúrpark, Turizmus Bulletin, 2002, 1. sz. 56-59. old. Simola Ferenc: Bariska István: A kéklő Írottkő alatt, Vasi honismereti és helytörténeti közlemények, 2001 (28. évf.) 3. sz. 85-87. old.

Xarici keçidlər

Naturpark Geschriebenstein-Írottkő Írottkő Nature Park Information Centre Awarded "EDEN - European Destinations of Excellence" non traditional tourist destination 2009

Kateqoriya:Macarıstan dağları Kateqoriya:Avstriya dağları Kateqoriya:Macarıstanın görməli yerləri Kateqoriya:Avstriyanın görməli yerləri Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər