thumb|200px|right|Hunqarorinq trası
Macarıstan Qran-prisi () - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının raundlarından biri. Yarış Budapeşt şəhəri yaxınlığındakı Hunqarorinq (Budapeşt halqası) avtodromunda keçirilir.
Tarixi Macarıstan qran-prisi ilk dəfə 21 iyun 1936-cı ildə Budapeştdə Nepliqet parkındakı 5,0 kilometrlik halqada keçirilmişdir. Bu yarışda 4 komanda - Auto Union, Mercedes, Alfa Romeo, Maserati iştirak etmişdir. Yarış böyük marağa səbəb olsa da, davam etdirilə bilmir. Beləki bir neçə il sonra başlayan dünya müharibəsi və sonrakı illərdə Macarıstanda siyasi mühitinin gərginləşməsi qran-prinin dayandırılmasına səbəb oldu.
1986-cı ildə qran-pri bərpa edildi. Bunun üçün paytaxt yaxınlığında yeni Hunqarorinq trası tikilir. Bu dövrdən etibarən Macarıstan yarışları dünya çempionatının əsas mərhələlərindən birinə çevrilir.
Hunqarorinq 70 halqadan ibarətdir. Halqanın uzunluğu 4,381 metrdir.
Macarıstan qran-prisi sosialist ölkəsində keçirilən ilk Formula-1 yarışıdır. Bundan başqa SSRİ televiziyasında göstərilən ilk yarışdır.
Hunqarorinq trası dar olması ilə seçilir. Buna görə burda dönmə maneverlərinin edilməsi çox çətindir. Bu mürəkkəbliyinə görə qran-pri bir çox komanda tərəfindən tənqid edilir. Yarışda uğurlu olmağın resepti seçmə mərhələnin və pit-stopların uğurlu keçirilməsidir.
Qaliblər Lyuis Hemilton Mcarıstan qran-prisinin ən çox qalibi olan pilotdur. O bu yarışların 6 qat qalibidir. McLaren komandası 12 qələbə ilə ən çox qalibiyyət almış komandadır.
Pilotlar
Qələbə sayı Pilot İl8 Lyuis Hemilton2007,2009,2012,2013,2016,2018,2019,20204 Mihael Şumaxer1994,1998,2001,20043 Ayirton Senna1988,1991,19922 Nelson Pike1986,1987 Deymon Hill1993,1995 Jak Vilnyov1996,1997 Mika Hakkinen1999,2000 Ceyson Batton2006,2011 Sebastyan Fettel2015,20171 Naycel Mensell1989 Tyerri Butsen1990 Rubens Barrikello2002 Fernando Alonso2003 Kimi Raykkönen2005 Heykki Kovalaynen2008 Mark Uebber2010 Daniel Rikkardo2014
Komandalar
Qələbə sayı Komanda İllər 11 McLaren 1988, 1991, 1992, 1999, 2000, 2005, 2007, 2008, 2009, 2011, 2012 7 Williams 1986, 1987, 1990, 1993, 1995, 1996, 1997 Ferrari1989, 1998, 2001, 2002, 2004, 2015, 2017 5 Mercedes2013, 2016, 2018, 2019, 2020 2 Red Bull-Renault 2010, 2014 1 Benetton 1994 Renault 2003 Honda 2006
İstinadlar Macarıstan Qran-prisi 2018 Macarıstan Qran-prisi FANDOM "Race Facts" - Macarıstan Qran-prisi "BBC Sport" - Lyuis Hemilton "Macarıstan Qran-prisi 2018"-in qalibi oldu
Həmçinin bax
"Formula-1" Qran-pri siyahısı
Kateqoriya:Formula 1 Qran-priləri