İmre Madaç (; ) — macar aristokrat, yazıçı, şair, hüquqşünas və siyasətçi. . Temesvári Pelbárt Ferences Gimnázium. "İnsanın faciəsi" (Az ember tragédiája, 1861) poeması ən tanınmış əsəri hesab olunur. Təxminən 4000 misradan ibarət olan dramatik poemadır. Əsərdəki ideyalar Yohann Volfqanq Götenin Faust tragediyası ilə müqayisə olunur. İmre Madaç XIX əsrin ən tanınmış macar şairlərindən biri olan Yanoş Aranın yaradıclığından ilhamlanmışdır.
Həyatı İmre Madaç 1823-cü ildə Macarıstan Krallığında Dolna Strehova şəhərində varlı zadəgan ailəsində anadan olmuşdur. 1829-cu ildən Madaç Vaç rayonunda yerləşən Piarist məktəbində oxumağa başladı. His biography 1831-ci ildə vəba epidemiyası yayıldığı bir vaxtda Madaç Buda şəhərində yaşamağa başladı. 1837-ci ildə Peşt Universitetində ali təhsil aldı. 1842-ci ildə hüquqşünas oldu. 1860-cı ildə "İnsanın faciəsi" əsərini tamamladı. Macarıstan Krallığının Dolna Strehova şəhərində vəfat etdi.
Əsərləri A civilizátor (Ədəbiləşdirmək) – 1859 Mózes (Musa) – 1861 Az ember tragédiája (İnsanın faciəsi) – 1861
İnsanın faciəsi Dramatik poema olan "İnsanın faciəsi" əsəri İmre Madaçın yaradıcılığının ən əsas və sarsılmaz hissəsidir. 1848–49-cu illərdə uğursuz Macarıstan İnqilibanın faciəli hadisələri, o cümlədən, bacısının və onun həyat yoldaşı kapitan Baloq de Manko Bükün ölümü və müvəqqəti olaraq həbsxanada qalması tamamladığı əsərin daha da emosional olmasına səbəb oldu. Bu gün əsər Macarıstanda teatrların repertuarının əsas hissəsidir və orta məktəbdə ədəbiyyat kitablarına daxil edilmişdir. Əsərdəki bir çox misralar Macarıstanda geniş yayılmış məsəllərə çevrilmişdir. Kəndin zadəgan ailəsindən olan Madaç heç bir ədəbi biliyə sahib olmadığı üçün əsəri yaradıcılığından ilhamlandığı Yanoş Arana göndərdi. Aran mətnə bəzi düzəlişlər təklif etdi.
Əsərdəki əsas personajlar Adəm, Həvva və Lusiferdir. Bəşər tarixində fərqli dönüş nöqtələrini görmək üçün zamana səyahət edirlər və Lusifer Adəmə həyatın mənasız olduğuna və insanlığın ölümə məhkum olduğuna inandırmağa çalışır. Adəm və Lusifer hər pərdənin başlanğıcında iştirak edir; Adəm müxtəlif mühüm tarixi rolları canlandırır, Lusifer isə qulluqçu və ya dost kimi təqdim edilir. Həvva hər pərdənin sonunda səhnəyə daxil olur. "İnsanın faciəsi" faciəsi 15 pərdədən ibarətdir və 10-a yaxın tarixi dövrü əks etdirir.
Xatirəsi 1932 — ilin 1 iyulunda Macarıstanda onun şərəfinə poçt markası buraxıldı.colnect.com/en/stamps/stamp/183695-Imre_Madách_1823–1864_poet-Personalities-Hungary 23 iyun 2010-cu ildə "İnsanın faciəsi" peomasının 150 illiyi münasibətilə Macarıstanda əsərin təsviri verilən miniatür poçt markaları istehsal edildi.colnect.com/en/stamps/stamp/269444–150_years_of_"The_Tragedy_of_Man"_by_Madách_Imre-For_Youth-Hungary
İstinadlar
Xarici keçidlər The Tragedy of Man (translation by George Szirtes) The Tragedy of Man (translation by J. C. W. Horne) The Tragedy of Man (translation by Iain Macleod) Tragedy of the Man (translation by Ottó Tomschey) Mihály Zichy's Illustrations of The Tragedy of Man Works by Madách Imre: text, concordances and frequency lists
Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Macarıstan şairləri Kateqoriya:Macarıstan siyasətçiləri Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Dramlar Kateqoriya:XIX əsr şairləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri