The Sims 4 — həyat simulyatoru janrında videooyun. Maxis tərəfindən Windows və MacOS əməliyyat sistemləri üçün hazırlanan, Electronic Arts tərəfindən buraxılan Sims oyun seriyasının dördüncü buraxılışı. Windows əməliyyat sistemi üçün Sims 4 oyununun çıxış tarixi rəsmi olaraq E3 kompüter oyunları sərgisində elan edilmişdir. 2 sentyabr 2014-cü ildə ABŞ-də, 4 sentyabr isə Rusiya və Avropada satışa sərbəst buraxıldı.The Sims 4 выйдет в России 4 сентября 2014 года . EA (10 iyun 2014). İstifadə tarixi: 10 iyun 2014. 21 avqust 2014-cü ildə arxivlənmişdir. MacOS platforması üçün oyun versiyasının buraxılması 17 fevral 2015-ci ildəThe Sims 4 Preview (ingiliscə). IGN. 2 aprel 2016-cı ildə arxivlənmişdir., PlayStation 4 və Xbox One oyun konsolları üçün isə 17 noyabr 2017 tarixində baş tutmuşdur.
The Sims 4-də aydın şəkildə ifadə edilmiş hekayə yoxdur, oyun prosesi qeyri-sabit davam edir və müəyyən bir məqsəd yoxdur. Oyunda yaratdığınız hər bir personaj sim adlanır. Oyunda maksimum 8 sim yarada bilər və onları idarə edə bilərsiniz. İnşaat redaktoru istədiyiniz üslubda bina yaratmağa və mebel ilə təchiz etməyə imkan verir. Bundan sonra yaratdığınız simləri, yaratdığınız evdə idarə edə bilərsiniz.
Oyunun yaradılması 2010-cu ildə, Sims seriyasının 3-cüsü olan The Sims 3 oyununa əlavələr edilməklə başlamışdır, lakin The Sims 4 oyununun əsas inkişaf mərhələsi 2012-ci ilə təsadüf edir. The Sims seriyasının dördüncü simulyatorunun əsas inkişaf göstəriciləri simvolların süni intellektinin təkmilləşməsi və onların bir neçə davranışı eyni anda etməsi idi.
The Sims 4 oyunçulardan qarışıq rəylər aldı. Müsbət rəylər arasında simlərin təkmilləşdirilmiş redaktoru, inşaat redaktorunda daha çox mebel və materialların olması, yüksək keyfiyyətli qrafika yer alırdı. Həmçinin The Sims 3-də uzun müddətə açılan yükləmə ekranının problemi də The Sims 4-də həll edilmişdi.
Oynanış The Sims 4 həyat simulyatorunu əks etdirən bir oyundur. Oyunçu, bir personajın istək və ehtiyaclarını ödəməklə onun həyatını idarə edir. Bu proses personajın məskunlaşdığı ev və ya şəhərdəki ictimai obyektlərdə baş verir. Hər bir personaj xüsusi məntiq və hisslərə, özünəməxsus bir görünüş və şəxsiyyətə malikdir. İnsanlar arasındakı münasibətlər iki indikator ilə nümayiş etdirilir, dostluq və romantik mehribanlığın gücünü əks etdirir. Oyunçunun sim ilə interfeysi üçüncü və birinci şəxs rejimində həyata keçirilir. thumb|Simlərin başında yerləşən altıbucaqlı biopiramida kristalının rəngi personajın əhvali-ruhiyyəsini göstərir|198x198px Yeni bir oyuna başladıqda Nyukrest, Uillou-Krik, Oazis Sprinqs, Uindenburq, Brindlton-Bey, Streyncervill və ya Del-Solo-Valley şəhərlərindən birində məskunlaşmış hazır ailələrdən birini seçmək və ya yenisini yaratmaq təklif olunur. Yaradılmış personajların yaşı uşaqdan qoca kişiyə qədər dəyişir. Personaj yaratmaq üçün nəzərdə tutulan xüsusi redaktorda 24 dəri və 32 müxtəlif saç rəngi seçmək mümkündür. Bundan əlavə, personajın boyunu dəyişmək mümkün olmasa da, üz cizgilərini və həssaslığını dəyişdirmək imkanı mümkündür. Hər bir personaj üçün gələcəkdə onun davranışına və istəklərinə təsir edəcək bir həyat hədəfi və onun xarakterik əlamətləri seçilməlidir. Həyat rejimində oyunçu istənilən vaxt xarakterin həyat hədəfini dəyişdirə bilər. Redaktorda sim yaradılarkən, onlar arasında qohumluq və ya evlilik münasibətləri qurmaq mümkündür. Personajın münasibətlər menyusunda, ölmüş və ya yaşayan qohumlarının yer aldığı nəsil ağacı mövcuddur. Hazır olan ailəni boş torpaq sahəsinə yaxud yeni bir evə yerləşdirmək lazımdır. Bir ailədə maksimum idarə olunacaq personaj sayı səkkizdir.
Oyun şəhərlərindəki ərazilər mülki və ictimai olaraq iki yerə bölünür. Personaj mülki obyektlərdə yaşayır, lakin bununla birlikdə o, digər mülki obyektləri və ya ictimai yerləri ziyarət edə bilər. Məsələn, barda və ya gecə klubunda istirahət edə, yeni dostlar tapa, idman salonunda idman edə, bir muzey və ya kitabxananı ziyarət edərək bacarıqlarını inkişaf etdirə bilər. The Sims 4 oyununda, The Sims 3-dən fərqli olaraq, açıq bir dünya yoxdur və hər bir şəhər şərti olaraq personajların sərbəst hərəkət edə biləcəyi xüsusi sahələrə bölünür. Başqa bir sahəyə keçmək və orada hərəkət etmək üçün açılış menyusunu gözləmək icbaridir. Hər bir sahədə personajın istirahət edə biləcəyi, gəzinti edə biləcəyi, balıqçılıq ilə məşğul ola biləcəyi, kolleksiya əşyaları və digər bu kimi şeyləri axtara biləcəyi istirahət zonaları da mövcuddur. Həyat rejimi ilə yanaşı, personajların yeni mebel alması və satmasını təmin edən alış-veriş, ev tikməsini isə təmin edən inşaat rejimi mövcuddur. Həmçinin, personajların yer aldığı ailəni idarə etmədən də şəhərdə ev tikmək mümkündür və bu vəziyyətdə büdcə məhdud olmur.thumb|İnşaat rejimi istənilən forma və üslubda bina yaratmağa imkan verir|left|262x262px
Hər bir idarə olunan personajın vaxtaşırı doldurulmalı olan altı ehtiyacı var. Onlardan ən vacibi: yemək, yuxu və tualetdir. Personajların ehtiyacları ödənmədiyi təqdirdə, onların emosional vəziyyəti narahat olacaq və uzun müddət bu hal davam edərsə ölüm hallarına rast gəlmək mümkün olacaq. Ümumilikdə bir personaj, müəyyən şərtlər, qarşılıqlı əlaqə və ya müəyyən hadisələr nəticəsində ortaya çıxan 15 emosional vəziyyətə sahib ola bilər. Emosional vəziyyətlər hər bir personajın həyatının bütün sahələrinə: istək və əhvali-ruhiyyə, işdəki məhsuldarlıq, ailə və dostlarla münasibətlər kimi mühüm proseslərə təsir göstərir. Personajın həddindən artıq əsəbi vəziyyətdə olması onun ölməsinə belə gətirib çıxara bilər. Bir personajın emosional vəziyyəti hərəkətlərinə də təsir göstərir. Məsələn, ilhamlanmış sim yaradıcılıq fəaliyyətlərində uğurlu olur və ya gecə klubuna baş çəkmək personajın şən əhvali-ruhiyyəsinə səbəb olacaqdır. Hər bir personaj xüsusi həyat məqsədlərinə sahibdir. Məsələn, sənətkar sim, şah əsər yaratmaq xəyalındadır. Ailə canlısı sim isə adətən evlənmək və uşaqlara sahib olmaq xəyalında olur. Simin istəklərinin gerçəkləşməsi üçün müvafiq tədbirlər görmək, bacarıqlarını artırmaq və digər personajlarla əlaqələri gücləndirmək lazımdır. Oyunçunun əsas vəzifələrindən biri simin istəklərini yerinə yetirməkdir. Simin həyat məqsədləri yerinə yetirildikdə, onun ehtiyaclarının azalmasına səbəb olacaq bir çox xüsusi nailiyyətləri əldə etmək mümkün olacaq. Həmçinin bununla yanaşı, həyat məqsədləri yerinə yetirilən sim uzun müddət xoşbəxt olur. Sim müxtəlif simlərlə bir çox sosial qarşılıqlı əlaqəyə malikdir: sadə dostluq və romantik məhəbbətdən açıq düşmənçiliyə qədər. Personaj əlaqələri "neytral" olaraq başlayır. Əlaqələri yaxşılaşdırmaq üçün, simlərlə müsbət münasibətdə olmaq vacibdir, lakin personajların xüsusi süni intellektlərinin güclü olması, bu işi daha da çətinləşdirir. Məsələn, yeni tanış olan bir personajı qucaqlamağa və ya öpməyə çalışdıqda, qarşı sim buna icazə vermir və münasibət xeyli pisləşir. Həmçinin, bir sim bilərəkdən başqa bir simi təhqir edə bilər, kifayət qədər pis bir münasibət yarandıqda isə simlər arasında döyüş belə baş tuta bilər. Oyunçunun başqa bir məqsədi, ailə büdcəsini artırmaqdır. Bunun üçün personaj, mobil telefonu yaxud noutbuku vasitəsilə iş tapa bilər. Hər bir peşədəki üstünlüyün 10 səviyyəsi var və hər bir personaj kiçik miqdarda əmək haqqı ilə işə başlayır. Oyunda uydurma valyuta olan simoleondan istifadə olunur. Üstünlük səviyyəsini inkişaf etdirmək üçün bir personaj, peşə üçün lazımi bacarıqları inkişaf etdirməli və yaxşı bir ruh halında işə getməlidir. Peşə üstünlüyündə hər bir səviyyəyə çatdıqda, personaj xüsusi əşya və pul mükafatı əldə edir. Pul qazanmağın başqa bir yolu isə əldə düzəlmə əşyalar, sənət əsərləri, proqram təminatı və meyvə-tərəvəz satmaqdır.
Yenilənmələr thumb|Güncəlləmə sonrası oyuna gələn və oyunçulara öz evlərini tikməsi üçün 15 boş məkan təqdim edən Nyukrest şəhəri.|232x232px The Sims 4 oyununun yayımlanmasından sonra bir sıra pulsuz yenilənmələr səbəbindən oyun əhəmiyyətli dərəcədə genişlənmişdir. Bir çox oyun paketlərinin buraxılması ilə müşayiət olunan ən böyük yenilənmələrə hovuzlar, yeni addımlayan körpələr, digər personajlarla yeni münasibətlər, bacarıqlar və xüsusi uşaq əşyaları, yeni oyun dünyası olan Nyukrest, 15 boş məkan, personaj yaradarkən xüsusi trend geyimlərdən istifadə aid olmuşdur.
Daha sonra, zirzəmilər, arakəsmələr, yeni dam formaları, şəffaf damlar, U-formalı pilləkanlar, yaşayış sahələrinin xüsusi əlamətləri kimi kiçik, lakin geympley imkanlarını əhəmiyyətli dərəcədə inkişaf etdirən yenilənmələr olmuşdur. Digər yeniliklər kiçik oyun elementlərinin əlavə edilməsi ilə əlaqəli olmuşdur. Bu kiçik oyun elementlərinə idmançı, təşəbbüskar, stilist və frileynser kimi sərbəst karyeraların oyuna əlavə edilməsi aiddir. Həmçinin, yeni bitkilər, bağban alətləri də daxil olmaq üzərə xüsusi bağçılıq mexanizmi inkişaf etdirildi və simlərin vegeterian olması mümkünləşdi. Bir neçə güncəlləmə ilə daha sonradan oyuna pasxa yumurtaları da əlavə olunmuşdur.
Yenilənmələrin bəziləri bayram və etnik geyim kolleksiyalarının əlavə edilməsi ilə bağlı olmuşdur. Bu cür yenilənmələrə, sevgililər gününə, pasxa bayramına xas əşyalar, Hindistan, Çin, Karib və ərəb üslubunda geyimlərin əlavə edilməsi daxildir. Daha sonradan gələn bir yenilənmə ilə oyuna Ulduz müharibələrindən geyim kolleksiyası, həmçinin Mandaloreç seriyasından olan "körpə yod"un heykəli əlavə olunmuşdur.
Müqayisə Oyunda, emosional indikator pisdən yaxşıya doğru olmaqla, müəyyən şərtlər altında yaranan və personajların hərəkətlərinə birbaşa təsir edən 15 fərqli və müstəqil emosional vəziyyətə qədər genişləndirilmişdir. thumb|right|Oyunda dəfələrlə təkmilləşdirilmiş personaj redaktoru rejimi|237x237px Üzün detallarını dəyişdirən xüsusi menyu oyundan çıxarıldı. Bunun əvəzinə, oyunçu siçan ilə tutaraq və hərəkət etdirərək simin istədiyi hissəsini dəyişmək bacarığına malik oldu. Xarici görünüş ilə yanaşı, redaktor köməyilə personaja xüsusi yeriyiş tərzi əlavə edilə bilər. Geyimlər isə daha da kiçik alt kateqoriyalara bölündü.
İnşaat rejimində, əvvəlki The Sims seriyası oyunlarından fərqli olaraq, otaqları fırlatmaq, hərəkət etdirmək, divarları uzatmaq və hündürlüyünü tənzimləmək mümkün oldu. Binaların inşası üçün mebelli hazır otaq planları da əlavə edildi. Bünövrə və damların hündürlüyünün dəyişdirilməsi, xüsusi vasitələrdən istifadə edərək onların bir kliklə hərəkət etdirilməsi, damın uzadılması, hündürlüyü və formasının tənzimlənə bilməsi ən böyük yeniliklərdən olmuşdur. Əşyaların divara fərqli yüksəkliklərdə yerləşdirilməsi mexanizmi də tətbiq edildi. Müəyyən bir üslubda və rəngdə olan mebel və ya paltar axtarmaq üçün inşaat redaktoruna xüsusi süzgəclər əlavə edildi. The Sims 4 oyununun başqa bir yeni xüsusiyyəti, şəhər xəritəsinə daxil olmayan gizli yerlər olmuşdur.
Yeniliklərə əlavə olaraq, The Sims 3 oyunu ilə müqayisədə oyunun bir neçə mənfi cəhətləri də var, bunlardan başlıcası, The Sims 2 oyununda olduğu kimi açıq oyun dünyasının olmaması, yükləmə menyusunun geri qaytarılması və yüzlərlə boya variantının oyundan qaldırılması olmuşdur.
İnkişaf