Tanrı anası Bakirə Məryəmin yüksəlişi kilsəsi () – Tbilisinin Qədim şəhər rayonunda Roma-Katolik kafedralı. Kilsə, 1993-cü ildə yaradılmış Qafqaz Latın Həvari Administrasiyasının qərargahıdır.
Tarixi Hazırda kafedralın yerləşdiyi ərazidə ilk dəfə katoliklər XIII əsrdə məskunlaşmışdılar. 1240-cı ildə dominikanlar həmin ərazidə monastır yaratmışlar.1328-ci ildə Vəftizçi İohanna həsr edilmiş monastır yaradılmış və Tbilisi yepiskop iqamətgahıa çevrilmiş. XVI əsrdə yepiskopluq fəaliyyətini dayandırmışdır. XVII əsrdə Gürcüstana qayıdan katoliklər Tbilisidə Müjdə kilsəsi inşa edirlər. Həmin katolik kilsəsi o zaman şəxsən çar II Teymuraza tabe idi.
Bundan sonra, katoliklər şəhərin həyatında aktiv rol oynamağa başlayırlar. Lakin, XIX əsrin əvvəllərində artıq katoliklərin şəhərdə ibadətah yox idi. Buna görə də, 1804-cü ildə Tbilisi prefekti Françesko Paduel şəhər katoliklərinə kilsə tikməyə icazə verilməsi üçün imperator I Aleksandra müraciət edir. İmperatorun razılığından sonra kostyolun tikintisinə başlanılır. Tikinti işləri 1805–1808-ci illərdə keşiş Filipo Foranianın layihəsi əsasında davam etdirilir.
1937-ci ildə SSRİ hakimiyyəti kostyolu bağlayır və ibadətlərə xitam verilir. 1999-cu ildə Roma Papası II İohann Pavelin Tbilisiyə səfəri zamanı kostyol yenidən itfah edilir və fəaliyyətə başlayır.
İstinadlar
Həmçinin bax Gürcüstanda katolisizm
Xarici keçidlər Католический собор Вознесения Богородицы Девы Марии — один из красивейших храмов в Тбилиси
Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:Tbilisi kilsələri Kateqoriya:Gürcüstandakı katolik kilsələri Kateqoriya:Avropadakı Roma-katolik kafedralları Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar