Şota Rustaveli heykəli () – Gürcü ədəbiyyatının klassiki və ictimai-siyasi xadim Şota Rustavelinin şərəfinə, Tbilisi şəhərində onun adını daşıyan prospektin başlanğıcında ucaldılmış heykəlidir. Abidənin müəllifi heykəltaraş Konstantin Merabaşvilidir.
Tarixi
Heykəl 1942-ci ildə şairin adını daşıyan prospektdə ucaldılmışdır. Heykəlin postamenti mərmərdən, özü üsə bürüncdən hazırlanmışdır.
Təsviri
Şota Rustaveli ayaq üstə dayanmış vəziyyətdə və milli gürcü geyimində təsvir edilmişdir. Şair bir əlində bükülmüş kağız tutmuş, digər əlini isə sinəsinin üstünə qaldırmışdır. Postamentin aşağısında yerləşdirilmiş qabartma barelyefldə “Pələng dərisi geymiş pəhləvan” poemasından səhnə təsvir edilmişdir.
İstinadlar
Həmçinin bax Tbilisidəki şəhər heykəllərinin siyahısı
Kateqoriya:Tbilisidəki heykəllər Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:Rustaveli prospekti Kateqoriya:1942-ci ildə yarananlar