() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi Çin, Tailand, Tayvan, Yaponiya, Vyetnam, Hindistan, İndoneziya, Taiti adalarında və İsraildə, az miqdarda ABŞ-da (Kaliforniyada) becərilir.
Botaniki xarakteristikası Hündürlüyü 15 m-dək olan, şarşəkilli çətirə malik həmişəyaşıl ağacdır. Yarpaqları iridir. Çiçəkləri ağ, diametri 3-7 sm-dir, tək və ya 2-10 ədədi topa şəklində çiçək qrupunda yerləşir. Meyvəsinin diametri 30 sm-ə çatır, qalın qabıqla örtülür, codtəhər arakəsmə ilə iri hissələrə bölünür, hər hissənin içərisində toxumları olur. Yetişmiş meyvələrin rəngi-açıq yaşıldan sarıyadək dəyişilir, ölcülərinə görə qreypfrutdan iridir, elastik liflərlə fərqlənir. Pomelonun meyvəsi sitruskimilərin arasında ən iridir. Qabığı əsasən qalındır. Dadı turşa-şirin, bir qədər acıdır.
Ekologiyası Tropik və subtropik iqlimlərdə, 25-dək 300C-dək temperaturda bitir. Əhəng qarışığı və duzlu torpağa üstünlük verir.
Azərbaycanda yayılması Böyük Qafqaz və Talışda təbii halda rast gəlinir.
İstifadəsi Meyvələri çiy və bişmiş halda istifadə edilir. Çində yeni ildə bu meyvələri firavanlıq və rifah simvolu kimi bir-birinə təqdim edirlər.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Meyvə ağacları Kateqoriya:Tropik meyvələr Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar