Ümumi yayılması Şimali Amerikada — Ontorio və Nyu-Yorkdan Floridaya, Şimal-qərbi Minnesatiyaya qədər yayılmışdır.Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.

Botaniki təsviri 6–8 m-ə qədər hündrlükdə şarşəkilli çətirə malik ağacdır. Gövdəsinin qabığı tünd boz rəngdə olub, üzəri ziyilli şişlərlə örtülüdür. Cavan budaqları qabaqca yaşımtıl, ikinci il qırmızı-qonur rəngdə olur, seyrək tükcüklüdür. Yarpaqları üçər, yarpaqcıqları uzunsov-ellipsvarı və ya yumurtavari, 6–12 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan azca yaşıl rəngli olub, çılpaqdır. Yarpağın saplağının ümumi uzunluğu yarpaqcıqların uzunluğuna bərabərdir. Çiçəkləri 1 sm-ə qədər diametrdə olan ellipsvarı və ya bəzən tərs lansetvarı, yaşılımtıl-ağ rəngli ləçəklərə malikdir. Kasacıq 1–2 mm uzunluqda uzunsov və ya yumurtavarı dilimlidir. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabrda yetişir. 1,5–3 sm diamterdə tərs yumurtavarı və ya dairəvi qanadcıqdır, ikitoxumludur.

Ekologiyası Rütubət və nəmişlik sevən bitkidir, suvarma tələb edir.

Azərbaycanda yayılması Nəbatət bağında introduksiya olunmuşdur. 1–1,5 m-ə qədər hündürlüyə qalxır, hər il çiçəkləyir və toxum verir.

İstifadəsi Dekorativ kol kimi yaşıllaşdırmada istifadə oluna bilər. Yaşıllaşdırmada ən çox f. aurea Schelle- qızılyarpaq və f. glauca Kirchn -boz, cavan vaxtı tükcüklü yarpaqları olan formaları daha əhəmiyyətlidir.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə bitkilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Kaliforniya florası