Nobel qardaşlarının ilk uğuru — qısametrajlı sənədli film.
Məzmun Filmdə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs olunur. Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olmuşdur. Onlar gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdir. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin, Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olumuşdur. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır. 1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdır. Hesablamalara görə, həmin vəsait bugünkü məzənnə ilə 32 milyard ABŞ dollarına bərabərdir. Filmin çəkilişinə 2018-ci ildə başlanılmışdır. 17 mart 2019-cu ildə tamamlanmışdır.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Cəlaləddin Qasımov Quruluşçu rejissor: Cəlaləddin Qasımov Baş prodüser: Cəlaləddin Qasımov Redaktor: Əkbər Qoşalı Qrafika ustası: Xaqani Mammadov Mətni səsləndirən: Eldost Bayram
Mükafatlar Azərbaycan istehsalı olan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi Avstraliyanın “Changing Face International” film festivalında ilk mükafatını alıb. Ekran əsəri bütün mərhələləri keçərək “Ən yaxşı qısa sənədli film” kateqoriyası üzrə finala vəsiqə qazanaraq birincilik uğrunda yarışacaq. İl Mükafatın adı Ölkə Nəticə8 aprel 2019The Lift-Off Sessions Seçilmiş10 aprel 2019Alexandre Trauner ART/Film Festival Seçilmiş11 aprel 2019First-Time Filmmaker Sessions Seçilmiş11 may 2019Cefalù film festival 2019 Seçilmiş1 iyun 2019Under The Stars International Film Festival Seçilmiş5 iyul 2019Libélula Dorada International Short film Festival Seçilmiş26 iyul 2019Slum Film Festival 2019 Seçilmiş22 avqust 2019Accolade Global Film Competition Qalib26 avqust 2019International Festival "Cinema Povero"Finalçı9 sentyabr 20192019 Great Lakes International Film Festival Seçilmiş10 sentyabr 20192019 Cutting Edge Film Festival Seçilmiş19 sentyabr 2019Zaporizhzhia International Film FestivalFinalçı14 oktyabr 2019Prince of Prestige Academy AwardsYarı Finalçı15 oktyabr 2019Marmaris International Short Film Festival Seçilmiş18 oktyabr 2019Soul West Fest Seçilmiş20 oktyabr 2019Changing Face International Film Festival Finalçı24 oktyabr 2019FIORENZO SERRA FILM FESTIVAL Seçilmiş5 noyabr 2019Jaipur International Film Festival Seçilmiş10 noyabr 2019Festiflix Seçilmiş10 noyabr 2019Directors Circle Festival of Shorts Pensilvaniya Seçilmiş5 dekabr 2019Near Nazareth Festival” Seçilmiş21 yanvar 2020The BeBop Channel Content Festival Seçilmiş4 fevral 2020Motion For PicturesYarı Finalçı
İstinadlar