Məqubə Sırtlanova (tam adı: Sırtlanova Məqubə Həsən qızı, , ; ) — baş leytenant və İkinci dünya müharibəsində 46-cı Taman qvardiyası gecə bombardmançıları aviasiya alayında komandirin köməkçisi. Müharibə zamanı 780 hücumu başa vurduğuna görə 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Həyatı 15 iyul 1912-ci ildə Rusiya İmperiyasının Başqırdıstan ərazisində Bələbəy şəhərində anadan olmuş Məqubə Sırtlanova 1932-ci ildə Başalov Uçuş Məktəbini bitirmiş və Tbilisidə uçuş klubu planer məktəbinə qatılmışdı. İkinci Dünya müharibəsi başladıqdan sonra 1941-ci ilin iyulunda ordu sıralarına çağırılmışdır. O, mənşəcə tatardır və 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur
İkinci Dünya müharibəsindən sonra, o, 1951-ci ildən 1962-ci ilə qədər Kazanda bir zavodda işləmişdir. Kazanda onun adına bir küçə, abidə və idman zalı var. 1 oktyabr 1971-ci ildə vəfat etmiş və Novo-Tatar Sloboda qəbiristanlığında dəfn edilmişdir.
Hərbi karyerası Sırtlanova 27 dekabr 1942-ci ildə ön cəbhəyə vuruşmağa göndərilmişdi. İlk missiyasını sonralar 46-cı Taman qvardiyası gecə bombardmançıları aviasiya alayı adlandırılmış 588-ci gecə bombardmançıları aviasiya alayının tərkibində yerinə yetirmişdir. O, Şimali Qafqaz, Belarusiya, Taman yarımadası, Krım, Polşa və Prussiyada bombalama əməliyyatlarını təşkil etmişdir. Müharibənin sonunda Məqubə döyüşlərdə 928 saat keçirmiş, 780 həmləni icra etmiş, düşmən ərazisinə 190 ton bomba atmış və pis hava şəraitində və hava hücumundan müdafiə zamanı öz təyyarəsini təhlükəsiz şəkildə idarə etmişdi. Bombardmanlarının dəqiqliyi səbəbindən iki dəmiryol stansiyası, iki projektor, üç artilleriya vahidi, dörd zirehli avtomobil, yanacaq deposu və 85 düşmən düşərgəsini məhv edə bilmişdi. Hərbi nailiyyətlərinə görə 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Mükafatları Sovet İttifaqı Qəhrəmanı Lenin ordeni İki dəfə "Qırmızı Bayraq" ordeni İkinci dərəcəli Vətən Müharibəsi ordeni "Qırmızı Ulduz" ordeni müxtəlif yubiley medallar
Həmçinin bax Marina Raskova Polikarpov Po-2
İstinadlar
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Aleksandr Nevski" ordeni ilə təltif edilənlər Kateqoriya:2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Tatarlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları