Stoyanka Mutafova (tam adı: Stoyanka Mutafova, ; ) — Bolqarıstan aktrisası. Karyerası ərzində 53 tamaşada və 25 filmdə rol almışdır.
Tamaşaların birindəki roluna görə Xanım Təbii Fəlakət və Bolqarıstan Komediyasının Kraliçası ləqəblərini almış Stoyanka ən uzunmüddətli peşəkar karyerası olan aktrisa kimi Ginnesin Rekordlar Kitabına rəsmi namizəddir. 2016-cı ildə 94 yaşında ABŞ, Kanada, Niderland, İsveçrə, Böyük Britaniya və Almaniyanın iri şəhərlərində teatr zallarını gəzmişdi.
Həyatı Sofiyada anadan olmuş Stoyanka Sofiya Universitetinin klassik filologiya ixtisasından məzun olmuşdur. Daha sonra Bolqarıstanda və Praqada səhnəyə çıxmışdır. 1949-cu ildın 1956-cı ilədək "İvan Vazov" milli teatrında çoxsaylı tamaşalarda iştirak etmişdir. O, Aleko Konstantinov teatrının əsasını qoymuş və 1957-91-ci illərdə burada fəaliyyət göstərmişdir. 2005-ci ildə Astronavtlar tamaşasında Georgi Kaloyançev ilə eyni səhnəni paylaşmışdır.
Filmoqrafiya Birinci nöqtə (1956) Lyubimetz 13 (1958) Spetzialist po vsichko (1962) saç ustası kimi Dzhesi Dzeyms sreshtu Lokum Shekerov (1966) Lokumun həyat yoldaşı Privrzaniyat (1967) Byalata staya (1968) Rinanın anası Qraminyanın sevgilisi (1969) Balina (1970) Nənə Stoyna Ezop (1970) Kasandra Byagstvo v Ropotamo (1973) .... Cipsi Nako, Dako and Tsako (1974) Temnata Koria (1977) İsti (1978) Patilansko tsarstvo (1980) Bash maystorat nachalnik (1983) Naslednicata (1984) Bronzoviyat klyuch (1984) Samsarova rolunda Federatziya na dinastronavtite (1984) - serial Pantudi (1993) Golemite igri (1999) .... Moninin nənəsi Stakleni topcheta (1999) .... Albenanın anası Rapsodiya v byalo (2002) .... Yaşlı qadın Sofia Residents in Excess (2011-2018) - serial
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bolqarıstan uzunömürlüləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları