Hökümə Xəlilova (; d. 8 mart 1960, Tovuz, Cəlilli) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Türkel" Fondunun prezidenti, jurnalist-filoloq, Qırğızıstanın “Əməkdar mədəniyyət işçisi”
Həyatı Hökümə Xəlilova 1960-ci il mart ayının 8-də Tovuz rayonunun Cəlilli kəndində anadan olub. O, orta məktəbi 1977-ci ildə bitirdikdən sonra 1980-ci ildə Qırğızıstan Rus Dili və Ədəbiyyatı İnstitutunun Filologiya fakültəsində oxuyub.
Əmək fəaliyyəti 1981—1992-ci illərdə kitabxanada işləyib; 2003-cü ildən Manas TV Radiosunda Dostluq Körpüsü proqramının aparıcısı və redaktoru; 2007-ci ildən Qazaxıstan Dövlət radiosu — türkcə və azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı; 2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri; 2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru; 2005-ci ildə "Türkel" qəzetinin və "Türkel Ekspress" əlavə qəzetinin redaktoru; 2007-ci ildə "Altın körpü" jurnalının redaktoru; 2017–ci ildə Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin redaktoru; 2018-ci ildən Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi; 2018-ci il iyun ayından Qırğız Dövlət TV həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi; Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü, Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü; Hökümə Xəlilova "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100 kitablarının", "Həyatın içindən-Ahıska sürgünü", "İnsan və Əmək", "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla kiçikmetrajlı filmlərin müəllifidir.
Ailəsi Hökümə Xəlilova ailəlidir. 1 oğlu, 1 qız və 1 oğul nəvəsi var.
Mükafatları 2007 — Qırğızıstan Hökumətinin Fəxri Fərmanı; 2008 — Qırğızıstan XİN Fəxri Diplomu; 2012 — TÜRKSOY Mükafatı laureatı; 2014 — Qazaxıstan Prezidenti imzası ilə Təşəkkürnamə; 2015 — Qazaxıstan Prezidentinin Fərmanı ilə Xalqlar Assambleyası 20 illik medalı; 2016 — Qırğızıstan Qadınlar Konqresinin Medalı; 2016 — Uygurların Amanisaxan Fondunun Medalı; 2016 — Qırğızıstan Xalqları Assambleyası Fəxri Fərmanı; 2017 — TÜRKSOY mükafatı (2-ci dəfə); 2017 — Qazaxıstan Xalqları Assambleyası Fəxri Fərmanı; 2018 — Qırğlzstan Parlamenti Fəxri Fərmanı; 2018 — Dünya Generalları Sülh Uğrunda Beynəlxalq Təşkilatının Bayrağı Mükafatı;Əzizağa Əliyev və başqalarından, Bişkek, Qırğızıstan
İstinadlar