Dmitri Konstantinoviç Muruzi (rum. Dumitru C. Moruzi; ) — Rusiya, Moldaviya və Rumıniya yazıçısı, bəstəkar, dövlət işçisi.Florin Marinescu, "Un basarabean înflăcărat. Scriitorul Dumitru C. Moruzi" in Revista Limba Română
Bioqrafiya Dmitri Konstantinoviç Muruzi, iyunun 1 və ya 2-də, 1850-ci ildə, Moldoviya padşahlığının paytaxtı Yaş şəhərində anadan olmuşdur. Fənərli olub tanınmış Muruzi nəslindəndir. 1863–1869-cu illərdə Fransada təhsil almaq üçün yola düşdü. Soroka rayonunda 1873-cü ildən dövlət qulluğunda çalışmışdır.
1877-ci ildə Rus İmperiyasının diplomatik xidmətinin tərcüməçisi olmuşdur. Daha sonra Rumıniyanın paytaxtı Buxarestə diplomatik işə göndərildi. Rumıniya millətçilik təsiri altında, o, diplomatik karyerasına son qoydu və 1882-ci və ya 1883-cü ildə Rumıniya vətəndaşlığını qəbul. 1887-ci ildə Dunay Deltasında Sülin Limanında idarəçi və müavinin köməkçisi seçilib, anti-daşqın tədbirləri alaraq Avstriya modelində könüllü bir xilasetmə briqadası təşkil etdi. 1890-cı illərin sonunda, Muruzi, ictimai xidmətdən təqaüdə çıxdı və bəstəkar kimi özünü sınamağa başladı. 1902-ci ilin fevralında Buxarest Milli Teatrında səhnəyə qoyulan "Pescarii din Sulina" ("Sulina Balıqçıları") üç aktlı opera yazmışdır. O, həmçinin jurnalistika və yazıçı fəaliyyətini davam etdirdi. 1910-cu ildə Rumıniyanın Demokratik Milliyyətçi Partiyasına qatıldı. Muruzinin əsas əsərləri "Înstrăinații. Studiu social în formă de roman " (1910) və "Pribegi în țară răpită. Roman social basarabean" adlı romanları idi. O, digər janrlarda da əsərlər yazdı. 1911-ci ildə üç əsəri və eyni zamanda satirik romanı "Pe viscol" adlı bir komediya dərc etdirdi.
9 oktyabr 1914-cü ildə Yaşʼda yoxsulluqda vəfat etdi, lakin "Eternitat" qəbiristanlığında xüsusi mərasimlə dəfn edildi.Bezviconi, Profiluri…, p. 245
İstinadlar
Xarici keçidlər Дмитрий Константинович Мурузи
Kateqoriya:Rumıniya yazıçıları Kateqoriya:Moldova dramaturqları Kateqoriya:"Rumıniya ulduzu" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr akademik musiqi bəstəkarları Kateqoriya:XIX əsr akademik musiqi bəstəkarları