Yelena Sotnik (, ) — ukraynalı vəkil, siyasətçi, "Samopomoş" partiyasından Ukrayna Radasının VIII çağırış deputatı.

Təhsili 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011–2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin "Psixologiya" fakültəsini bitirir.

Karyera 1999–2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: "Svema" müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: "Solodko və Həmkarları" hüquq bürosunun icraçı direktoru. 2007-ci il 31 may tarixindən etibarən vəkil hüququna malikdir. 2008-ci ildən: "Solodko və Həmkarları" hüquq firmasının tərəfdaşı. 2009-cu ildən: arbitraj müdiri lisenziya sahibi. 2014-cü idən: Ukrayna Radasının deputatı.

Parlament fəaliyyəti 2014-cü ilin parlament seçkilərində "Samopomoş" partiyasının namizədi olmuşdur. Aşağıdakı postları tutur: Parlamentlərarası Birlikdə Milli Parlament Qrupunun İcraiyyə Komitəsinin üzvü Parlament Komitə Asossasiyasının Ukrayna hissəsinin üzvüЧлен Украинской части Парламентского комитета ассоциации Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvü Belçika ilə Parlamentlərarası Əlaqələr Qrupunun rəhbəri ABŞ-la Parlamentlərarası Əlaqələr Qrupunun üzvü Kanad ilə Parlamentlərarası Əlaqələr Qrupunun üzvü Fransa ilə Parlamentlərarası Əlaqələr Qrupunun üzvü Almaniya ilə Parlamentlərarası Əlaqələr Qrupunun üzvü Böyük Britaniya Parlamentlərarası Əlaqələr Qrupunun üzvü İsveçrə ilə Parlamentlərarası Əlaqələr Qrupunun üzvü

Mülki fəaliyyəti 2009–2012: Uşaq müəssisələri və internat məktəblərinin məzunlarının hüquqlarının qorunması və bərpası məsələləri ilə bağlı "Uşaqlıq ərazisində" sosial layihələrin koordinatoru.

İstinadlar

Mənbə Профиль на сайте Ассоциации юристов Украины

Kateqoriya:Ukrayna Ali Radasının VIII çağırış deputatları Kateqoriya:Ukrayna aktivistləri