Eliza Orjeşkova (tam adı: Eliza Orjeşkova, ; ) — polyak roman yazarı və Polşanın parçalanması zamanı pozitivizm hərkatının aparıcı yazıçısı.Eliza Orzeszkowa , Britannica, Retrieved June 5, 2016 1905-ci ildə Henrik Senkeviç ilə birlikdə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur.

Həyatı Eliza Orjeşkova Milkovşçina kəndində əsil-nəcabətli Pavlovski ailəsində anadan olmuş və yaxınlıqda yerləşən Qrodno şəhərində (indiki Belarus) vəfat etmişdir. "Eliza Orzeszkowa" from the Encyclopædia Britannica. Retrieved September 22, 2011. On altı yaşında Eliza özündən iki dəfə böyük polyak şlyaxtası, 1863-cü il qiyamından sonra Sibirə sürgün edilmiş Pyotr Orjeşko ilə ailə həyatı qurmuşdur. Onlar 1869-cu ildə qanuni ayrılmışdılar.Prof. dr hab. Józef Bachórz, Eliza Orzeszkowa. Virtual Library of Polish Literature. Retrieved September 22, 2011. Eliza ikinci dəfə 1894-cü ildə 30 illik sevgi münasibətində olduğu, lakin nikahdan bir neçə il sonra həyatını itirən Stanislav Nahorski ilə ailə həyatı qurur. Eliza Orzeszkowa. Słownik pisarzy polskich. Brykowisko. Retrieved September 22, 2011. 1866-cı ildə Qrodnoya köçür və roman yazarı olmağa qərar verir.

Orjeşkova işğal olunmuş ölkəsinin sosial şəraitindən bəhs edən 30 roman və 120 sketç, dram və novella yazmışdır. Onun Eli Makower romanı (1875) yəhudilərlə polyak şlyaxtaları arasındakı münasibəti, Meir Ezofowicz romanı (1878) isə yəhudi ortodoksları ilə müasir liberlaizm arasındakı münaqişəni təsvir edir. 1888-ci ildə Orjeşkova Neman çayı (indi Belarusun ərazisindədir) haqqında iki roman yazır: Cham balıqçıların həyatından bəhs edir; ən məşhur romanı olan Nad Niemnem isə çox vaxt Pan Tadevuş əsəri ilə müqayisə edilir və siyasi və sosial qayda əleyhinə çıxan polyak aristokratiyası məsələlərinə toxunur. 1880-ci ildə Eliza vətənpərvərlik və kosmopolitizmi tədqiq etməyə başlayır. Onun əsərlərinin vahid buraxılışı Varşavada 1884–1888-ci illər arasında nəşr olunmuşdur. Əsərlərinin əksəriyyəti alman dilinə tərcümə olunmuşdur.

1905-ci ildə Henrik Senkeviç və Lev Tolstoy ilə birlikdə Eliza Orjeşkova Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur. Mükafat Senkeviçə təqdim olunmuşdur. Nobel mükafatı komitəsinin rəsmi qeydlərinə görə, mükafatı bölüşdürmə fikri ayrı-seçkilik hesab edilərək rədd edildi və yalnız bir şəxs mükafat laureatı oldu.

Seçilmiş əsərləri 250px|thumb|right|Orjeşkovanın esperanto dilinə tərcümə edilmiş əsəri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri