Robert Törsk (; ) — Kanadalı mühəndis və fizik. Keçmişdə Kanada Kosmosda Agentliyində kosmonavt olmuşdur. Ən uzun kosmosa uçuş (187 gün 20 saat) və ən çox vaxt kosmosda qalmaq üzrə (204 gün 18 saat) Kanada rekordlarına sahibdir. 2013-cü ildə Kanada ordeni zabiti və 2012-ci ildə Britaniyanın Kolumbiya ordeni adına layiq görülmüşdür. Həyatı Törsk Nyu-Uestminsterdəndir və həyat yoldaşı olan Brenda Biasutti isə Montreal şəhərindəndir. Üç övladı var: Lisan Biasutti Törsk, Elyot Biasutti Törsk və EydEn Biasutti Törsk. O, ailəsi ilə hokkey, skvoş oynaraq, piano çalaraq zaman keçirir.

O, Ontarionun Professional Mühəndislərinin, Kanada Ailə Həkimləri Kollecinin, Kanada Aeronavtika və Kosmos İnstitutunun, Aerokosmik Tədqiqatlar Assosiasiyasının və Ontario Həkim və Cərrahiyyə Kollecinin üzvüdür. O, Beynəlxalq Kosmos Universitetinin Kanada fondunun direktorudur.

İstinadlar