() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, Ön Asiya, Cənubi Qafqaz, orta Asiyada yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 4–8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır. Çiçək tacının rəngi zəif mavidir. Meyvəsi qara, dörd yuvalı, kürəşəkilli, diametri 3–4 mm olan quru çəyirdəkdir. İyundan oktyabradək çiçəkləyir, oktyabr-noyabrda meyvə verir.

Ekologiyası Torpağa tələbkar deyil, daşlı, qumlu, gillicəli torpaqlarda bitir, duza davamlıdır. Dəniz səviyyəsindən 400 m hündürlükdə, su mənbələrinin sahillərində, dağ yamaclarında bitir.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi Həm dеkоrativ, həm də balvеrən bitkidir. Bütün hissələrində alkоlоidlər, aşı maddələri, vitaminlər, mikrоеlеmеntlər, еfir yağları vardır. Bitkinin budaq və mеyvələrinin dəmlənməsi müхtəlif dəri хəstəliklərində istifadə edilir.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Afrika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri