Qeyri-tarif məhdudiyyətləri — dünya təcrübəsində kifayət qədər ziddiyyətlidir. Ümumdünya Ticarət Təşkilatı rəsmi olaraq belə tədbirlərin ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə edilməsi məsələsini qarşıya qoyur. Bununla bərabər tələblərin birmənalı şəkildə qəbulu digər məsələlərdə arzuolunmaz nəticələrə də gətirib çıxara bilər. Belə ki, Ümumdünya Ticarət Təşkilatının, Tarif və Ticarət üzrə Baş Sazişin (QATT) üzvü olan ölkələr xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm əvvəl, həm də indi istifadə etməkdədir. Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması, sadəcə olaraq qeyri-mümkündür. Belə ki, qeyri-tarif məhdudiyyətləri daxili iqtisadi siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. Bununla belə, beynəlxalq ticarət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə tədbirləri, daha doğrusu, xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi güdən müdafiə tədbirləri, həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarşısının alınmasına yönəlmiş digər tədbirlər mövcuddur.
İdxalda- qeyri-tarif tənzimlənmələri İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlər (QTM) ̶хarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – qadağan xarakterli tədbirlər kompleksidir. Bu tədbirlərin məqsədi yalnız idxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm də milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunmasıdır.
İxracda qeyri-tarif tənzimləmələri Bundan başqa, QTM ixrac əməliyyatlarında da istifadə edilir. Birbaşa və dolayısı yolla xarici ticarəti tənzimləyən tədbirlər, adətən səkkiz qrupa bölünür: tarif, paratarif, qiymətlərə nəzarət, maliyyə, lisenziyalaşdırma, kəmiyyət nəzarəti, inhisarçı tədbirlər, texniki tədbirlər. Lakin, güman edilir ki, milli istehsalın inkişafı naminə və ölkənin iqtisadi təhlükəsizliyinin təminatı ilə əlaqədar olaraq onların istifadə dairəsi genişləndiriləcəkdir.
Qeyri-tarif tənzimlənməsi sisteminin öyrənilməsi, bu baxımdan, məqsədəuyğundur. Qeyri-tarif tədbirlərinin rəngarəng olmasına baxmayaraq onları iki böyük qrupa bölmək olar: iqtisadi və inzibati tədbirlər.
İqtisadi qeyri-tarif tənzimləmələri İqtisadi QTM-ə aşağıdakılar aiddir: xüsusi növ rüsumlar; müxtəlif vergi və yığımlar; idxal depozitləri; valyuta tənzimlənməsi tədbirləri.
İnzibati qeyri-tarif tənzimləmələri İnzibati QTM daha çoxcəhətlidir: embarqo (qadağa); lisenziyalaşdırma və kvotalaşdırma; ixracın məhdudlaşdırılması; (inhisarçı) tədbirlər; proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi; əlavə gömrük sənədləri və əməliyyatları.
İqtisadi məhdudiyyətlər bazar mexanizmi vasitəsilə təsir göstərərək, idxal və ixrac mallarını bahalaşdırır, inzibati məhdudiyyətlər isə bazar münasibətlərindən başqa idxal mallarının daxil olmasını və ixrac mallarının xaricə çıxarılmasını məhdudlaşdırır. İqtisadi QTM tətbiq edildikdə istehlakçı öz seçimini özü müəyyən edir və daha bahalı idxal, yaxud ucuz milli mal alacağına qərar verir. İnzibati QTM tətbiq edildikdə dövlət faktiki olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni daxili bazarı həm idxalın təsirindən qoruyur, həm də çətin tapılan milli məhsulun çatışmazlığının qarşısını alır. Bu halda istehlakçı sərbəst əmtəə seçimindən məhrum olur.
Qeyri-tarif tədbirləri
Paratarif tədbirləri Paratarif tədbirləri gömrük sərhədindən keçirilən mallara tətbiq edilən elə ödəniş və yığımlara deyilir ki, gətirilən malın dəyərini gömrük rüsumundan əlavə olaraq artırır (ya müəyyən faiz, ya da mal vahidinə əmsal). Gömrük rüsumlarının və onunla bağlı olaraq fiskal gömrük gəlirlərinin aşağı düşməsi ilə dövlətin büdcə gəlirlərinin artırılmasında paratarif tədbirlərə meyil etməsi təbii olur. Ümumiyyətlə idxal olunan mallara sərhəd vergiqoymaları müxtəlif vergi və yığımlar onların ödənilməsinin sadələşdirilməsi və idxalçı ölkənin maliyyə qurumlarının maraqlarının təmin edilməsi məqsədilə bilavasitə gömrük orqanları tərəfindən tutulur. Bu vergi və yığımları, adətən, idxalçı ödəyir, lakin alqı-satqı müqaviləsi tərtib edilərkən tərəfdaşlar tərəfindən nəzərə alınır. Paratarif tədbirlərə aşağıdakılar daxildir:
gömrük əlavələri — ticarət-siyasi məqsədlərlə, büdcənin doldurulması, yaxud milli istehsalın müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar; əlavə yığımlar — daxili analoqu olmayan, idxal mallarından gömrük rüsum və vergilərindən artıq (əlavə) tutulan ödənişlər. Onlar xarici ticarətlə bağlı fəaliyyətin müəyyən növlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bunlara, adətən, xarici valyutanın köçürülməsinə qoyulan vergi, idxal lisenziyası üçün yığım, liman yığımları, statistik vergi, nəqliyyat vasitələrinə vergi aid edilir; daxili (bərabərləşdirici) vergi və yığımlar — milli mallardan idxal ölkəsində tutulan dolayı verigələrə ekvivalent olan vergi və yığımlar. Onlara ƏDV, аksiz, emissiya yığımları, məhsula görə vergi və sair inzibati yığımlar aid edilir. Bərabərləşdirici vergilərin və yığımların məqsədi xarici və milli eyni (və ya analoji) mallara bərabər vergi rejimi yaratmaqdır; diskretləşdirilmiş gömrük qiymətləndirilməsi — gömrük rüsum və yığımlarının hesablanması üçün gömrük dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası.
Qiymətlər üzərində nəzarət tədbirləri Qiymətlər üzərində nəzarət tədbirləri daxili qiymətlərin stabilləşdirilməsi və ya səviyyəsinin saxlanılması məqsədilə, həmçinin xarici rəqiblərin əliəyri ticarət təcrübəsinin vura biləcəyi zərərin qarşısını almaq üçün tətbiq edilir. Belə tədbirlərə aşağıdakılar aiddir: qiymətlərin inzibati qaydada müəyyən edilməsi — idxalçı ölkənin hakimiyyət dairələri istehsalçı və istehlakçının daxili qiymətlərini nəzərə alaraq, qiymətlərin aşağı və yuxarı hüdudlarını müəyyən edir, yaxud bu qiymətləri dünya bazar qiymətləri ilə bağlayır. Rəsmi qiymətlərin müəyyən edilməsi, minimal idxal qiymətləri və ya idxalın baza qiymətləri üsulundan istifadə olunur; ixrac qiymətlərinin "könüllü" məhdudlaşdırılması — ixracatçının öz mallarının qiymətlərini müəyyən səviyyədən aşağı endirməməyi dəstəkləməyə razı olduğu məhdudlaşdırıcı bağlaşmalar; sürüşkən yığımlar — idxal edilən kənd təsərrüfatı və ərzaq mallarının idxal qiymətlərinin daxili qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənişlər; antidempinq tədbirlər — ixracatçıdan milli istehsalçılara vurulan zərərə görə kompensasiyanın tutulmasından ibarət olub, dempinq faktı və ondan irəli gələn ziyan aşkar edildikdə idxalatçı ölkənin müvafiq orqanı tərəfindən ixracatçının ticarət təcrübəsinin təhqiqatının yekunlarına görə tətbiq edilirAntidempinq tədbiri. kompensasiya tədbirləri — əgər idxal olunan mallar subsidiyalaşdırılırsa və belə subsidiyalaşdırılma milli istehsala zərər vurduğunu təhqiqat təsdiq edirsə, əlavə maliyyə ödənişləri tətbiq edilir. Kompensasiya tədbirləri kompensasiya idxal rüsumları şəklində də ola bilər. Bundan başqa, çox zaman onlar qadağanedici hədlərə də çata bilir və hətta ixrac qiymətlərini artırmaqla da aşmaq olmur.
Maliyyə tədbirləri Maliyyə tədbirlərinə — idxalçıların xarici valyutaya, onlar üçün valyutanın qiymətlərinə, həmçinin ödəniş şərtlərinə müdaxiləsini tənzimləyən tədbirlər aid edilir. Bu tədbirlər idxalın dəyərini yüksəldə bilər. Bu kateqoriya QTM-ə aşağıdakılar aid edilir: İdxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi. Buraya idxal depozitivlərinin, əvəzi ödənilən depozitlərin açılması, nağd ödəniş və gömrük rüsumlarının qabaqcadan ödənilməsi də daxildir; Valyuta məzənnələrinin çoxluğu. Bu müxtəlif kateqoriyalı mallar üçün müxtəlif məzənnələrin müəyyən edildiyi dövlət tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar üçün saxlanılır, digər mallar kommersiya məzənnəsi və ya xarici valyutanın hərraclar vasitəsilə alınması hesabına ödənilir; Xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər. Ölkə daxilində valyuta əməliyyatları aparılmasına müxtəlif icazə, viza və s. (onların qadağan edilməsi də daxil olmaqla) alınmasını nəzərdə tutur. Ödənişə müddətin müəyyən edilməsi və ödənişinin növbəliliyi. Bu tədbirlərlə dövlət malların göndərildiyi tarixdən idxal hesablamalarının bitməsinə qədər yol verilən minimal müddətləri müəyyən edir. Bu müddətlər, adətən istehlak malları və sənaye xammalı üçün 90, 180 və ya 360 gün, investisiya malları üçün 2–5 il müəyyən edilir.
Kəmiyyət nəzarəti tədbirləri Kəmiyyət nəzarəti tədbirləri, ilk növbədə idxal-ixrac əməliyyatlarının kvotalaşdırılması və lisenziyalaşdırılması deməkdir. Kvotalaşdırma (fiziki həcm və dəyər üzrə) və lisenziyalaşdırma (müəyyən malların göndərilməsi və ya gətirilməsinə, bəzən də müəyyən ölkələrə, yaxud onlardan ticarətinə xüsusi icazənin alınması) idxal və ixracın ənənvi qeyri-tarif tənzimlənməsi üsullarıdır. Onların məqsədi hər hansı malın idxal və ya ixracını ümumilikdə, yaxud hər hansı ölkəyə məhdudlaşdırmaqdan ibarətdir. Bu tədbirlər, adətən, bir-biri ilə bağlıdır, çünki lisenziyalaşdırma kvotanın fərdi idxalatçılara və ixracatçılara müəyyən həcm bitənə qədər lisenziya vermək yolu ilə bölüşdürülməsi mexanizmi kimi çıxış edir.
Həmçinin bax Gömrük rüsumu
İstinadlar
Kateqoriya:Gömrük işi Kateqoriya:Beynəlxalq iqtisadi münasibətlər Kateqoriya:Ümumdünya Ticarət Təşkilatı Kateqoriya:Xarici ticarət siyasəti Kateqoriya:BMT