280px|thumb|Fizikaçı Yoşio Nişina İkinci dünya müharibəsi zamanı Yaponiyanın nüvə silahı araşdırmalarına başçılıq etmişdir.
— ilk dəfə İkinci dünya müharibəsi zamanı Yaponiya imperiyası tərəfindən həyata keçirilmiş nüvə silahı proqramına verilən ad. Almaniya nüvə silahı proqramı kimi Yaponiyanın da nüvə silahı proqramı müxtəlif problemlərlə üzləşmiş və Hiroşima ilə Naqasakinin 1945-ci ilin avqustunda ABŞ tərəfindən atom bombardmanına məruz qalmasından öncə laboratoriya mərhələsindən o tərəfə keçə bilməmişdir.
Hal-hazırda Yaponiyanın nüvə enerjisi infrastrukturu Yaponiyaya nüvə silahları hazırlamağa imkan verir. Yaponiyanın qeyri-hərbiləşdirilməsi və ABŞ-nin nüvə qalxanı Yaponiyada nüvə silahlarının istehsalı ilə bağlı ciddi məhdudiyyətlər qoysa da, Şimali Koreyanın nüvə silahı sınaqları keçirməsi Yaponiyada bəzi siyasətçilərin və hərbçilərin bu siyasətdən imtina edilməsinə dəstək vermələrinə səbəb olmuşdur.
1934-cü ildə Tokio Universitetinin professoru Hikoasaka Tadayoşi "atom fizikası nəzəriyyəsi"ni yayımlamışdır. Hikosaka bildirmişdi ki, atomun nüvəsi özündə böyük enerji saxlayır və bu enerjinin ayrılması məişətdə və silahların alınmasında istifadə oluna bilər. 1938-ci ilin dekabrından alman kimyaçılar Otto Han və Frits Ştrassman "Naturwissenschaften" jurnalına göndərdikləri əlyazmada uran elementinin neytronlarla bombardmanı zamanı barium elementinin müşahidə olunduğunu qeyd etmişdirlər.O. Hahn and F. Strassmann. Über den Nachweis und das Verhalten der bei der Bestrahlung des Urans mittels Neutronen entstehenden Erdalkalimetalle ("On the detection and characteristics of the alkaline earth metals formed by irradiation of uranium with neutrons"), Naturwissenschaften Volume 27, Number 1, 11–15 (1939). The authors were identified as being at the Kaiser-Wilhelm-Institut für Chemie, Berlin-Dahlem. Received 22 December 1938. Onlar bu məlumatı Liza Meytnerə və xalası oğlu Otto Robert Frişə çatdırmışdırlar. Onlar bu hadisənin nüvə parçalanması olduğunu güman etmiştirler The paper is dated 16 January 1939. Meitner is identified as being at the Physical Institute, Academy of Sciences, Stockholm, and Frisch as being at the Institute of Theoretical Physics, University of Copenhagen. və 13 yanvar 1939-cu ildə Friş bunu təcrübi yolla təsdiqləmişdir. The paper is dated 17 January 1939, and the experiment was conducted on 13 January 1939—see Richard Rhodes The Making of the Atomic Bomb pp. 263, 268 Bütün dünyadakı fizikaçıları dərhal zəncirvari nüvə reaksiyalarının həyata keçirilə biləcəyini anlamış və hökumətlərini nüvə silahlarının istehsalının mümkünlüyü barədə məlumatlandırmışdırlar.
Arxa plan Yaponiyanın atom proqramında aparıcı şəxs Nils Borun yaxın həmkarı, Albert Eynşteynin müasiri Yoşio Nişina olmuşdur. O, Kleyn-Nişina düsturunun da çıxarılmasında iştirak etmişdir. Nişina 1917-ci ildə Tokioda yaradılmış RİKEN İnstitutunda 1931-ci ildə yüksək enerji fizikasını öyrənmək üçün öz Nüvə Tədqiqatlar Laboratoriyasını qurmuşdur. 1936-cı ildə Nişina öz ilk 660 millimetrlik siklotronunu hazırlamışdır. 1937-ci ildə isə 220 tonluq, 1500 millimetrlik ikinci siklotronunu yaratmışdır. 1938-ci ildə Yaponiya Kaliforniya Universitetindən də bir siklotron almışdır.
1939-cu ildə Nişina nüvə parçalanmasının hərbi potensialını anlamış və nüvə silahları üzərində işləyən ABŞ-nin bunu Yaponiyaya qarşı istifadə edə biləcəyindən narahat olmuşdur. Belə ki, 1939-cu ildə ABŞ prezidenti Franklin Ruzvelt ABŞ-də nüvə silahları üzrə ilk tədqiqatları başlatmış, bu isə Manhetten layihəsinə çevrilmişdir. Yaponiyanın ABŞ-dən siklotron aldığı laboratoriya isə nüvə silahı tədqiqatlarının əsas yerlərindən biri olmuşdur.
1940-cı ilin yayının əvvəlində Nişina leytenant-general Takeo Yasuda ilə qatarda görüşmüşdür. Yasuda bu zaman Hərbi Aviasiya Departamentinin Texniki Tədqiqatlar İnstitutunun direktoru idi. Nişina Yasudaya nüvə silahlarının hazırlanmasının mümkünlüyündən bəhs etmişdir. Lakin Yaponiya nüvə silahı proqramı Hideki Toconun nüvə silahlarının mümkünlüyünün araşdırılması əmrinin Yasuda tərəfindən icra edildiyi 1941-ci ilin aprelinə kimi başlamamışdır. Yasuda əmri RİKEN İnstitutunun direktoru Masatoşi Okoçiyə ötürmüş, o isə öz növbəsində Nişinaya ötürmüşdür. 1941-ci ildə Nişinanın Nüvə Tədqiqatlar Laboratoriyasında 100-dən çox tədqiqatçı var idi.
Eyni zamanda Yaponiya imperiya hərbi-dəniz donanmasının Texnologiya Tədqiqat İnstitutunun öz ayrı araşdırmaları var idi və nüvə silahları haqqında məsləhətlər almaq üçün Tokiodakı İmperiya Universitetinin professorlarını işə cəlb etmişdir. Bu, Nişinanın sədrliyi ilə Nüvə Fizikasının Tətbiqi üzrə Tədqiqat Komitəsinin yaradılmasına səbəb olmuşdur. Komitənin 1942-ci ilin iyulu ilə 1943-cü ilin martı arasında 10 görüşü baş tutmuşdur. Komitənin təqdim etdiyi bir hesabatda atom bombasının hazırlanmasının prinsipcə mümkün olduğu, lakin "hətta ABŞ-nin belə müharibə dövründə atomun gücünün tətbiqini anlamasının çətin olduğu" bildirilmişdir. Bu, donanmanın nüvə silahlarına olan marağının azalmasına, əvəzində diqqəti radara yönəltməsinə səbəb olmuşdur.
Layihələr 230px|thumb|Bunraku Arakatsu 1945-ci ildə Kioto Universitetində akseleratoru ilə birlikdə.|left Ordu həvəsdən düşməmiş və tezlikdə komitə RİKEN-də Ni-Qo layihəsi adlı təcrübi layihə başlatdıqları haqqında hesabat təqdim etmişdir. Məqsəd uran-235 elementini elektromaqnit parçalama, qaz diffuziyası və sentrafuqa parçalaması kimi alternativ metodlarla yox, termiki diffuziya metodu ilə parçalamaq idi. 1945-ci ilin fevralına kimi RİKEN kompleksində kiçik alim qrupu elementar separatorda kiçik miqdarda material ala bilmişdir. RİKEN-in siklotronu həmin materialın uran-235 olmadığını müəyyənləşdirmişdir. Separator layihəsi 2 ay sonra ABŞ-nin Tokionu 1945-ci ilin martında bombardman etməsi zamanı baş verən yanğına görə bitirilmişdir. Nüvə reaktoru tikmək üçün heç bir cəhd edilməmişdir. Ağır su yox idi, lakin Nişinanın separatoruna nəzarət edən Takeuçi Masa hesablamışdı ki, əgər uran 5-10 % miqdarda uran-235 ilə zənginləşdirilsə, yüngül su da bəs edəcəkdi.
Təcrübələr davam edərkən ordu və donanma Fukuşima prefekturasında, Koreyada, Çində, Birmada uran filizi axtarışında idi. Yaponiya alman müttəfiqlərindən də material tələb etmiş və U-234 adlı alman sualtı qayıq 500 kiloqram emal edilməmiş uranium oksidlə 1945-ci ilin aprelində Yaponiyaya yola düşmüşdür. Lakin Almaniyanın təslim olmasından sonra sualtı qayıq da Atlantik okeanında ABŞ-yə təslim olmuşdur. Uranium oksid sualtı qayığın ad bənzərliyinə görə səhvən "U-235" kimi qeydə alınmışdır və onun dəqiq xarakteristikası naməlum qalır. Bəzi mənbələrə görə bu material silah məqsədi ilə deyil, aviasiya yanacağı üçün istifadə olunan sintetik metanolun istehsalında katalizator kimi nəzərdə tutulmuşdu.
Uilyamsa görə "Yüksək keyfiyyətli uranın almanların atom layihəsinə mane olduğu kimi, yaponlara da bomba hazırlamağa mane oldu". Bu, Manhetten layihəsinin intellektual qrupunun yekunlaşdırması idi. Onlar həmçinin Yaponiya nüvə fizikaçıların dünyanın digər dövlətlərinin nüvə fizikaçıları qədər yaxşı olduqlarını qeyd etmişdirlər.
1943-cü ildə fərqli bir donanma komandiri Kiotoda İmperiya Universitetində Bunsaku Arakatsunun başçılığı altında F-Qo layihəsi adlı bir nüvə tədqiqat proqramı başlatmışdı. Arakatsu bir neçə ilini Kembricdə Ernest Rezerfordun yanında Kavendiş laboratoriyasında və Albert Eynşteynin yanında Berlin Universitetində oxuyaraq keçirmişdi. Nişina ilə birlikdə Arakatsu Yaponiyada ən tanınmış nüvə fizikaçısı idi. Onun komandasına 1949-cu ildə Nobel mükafatı qazanmış ilk yapon fizikaçı olacaq Hideki Yukava da daxil idi.
Müharibənin əvvəllərində Donanma Tədqiqat İnstitutunun Kimya Bölməsinin başçısı komandir Kitaqava Arakatsu Arakatsudan uran-235-i parçalamağı istəmişdir. İş ləng gedirdi, lakin müharibənin bitməsindən qısa müddət öncə ultrasentrifuqa hazırlamışdır və tələb olunan nəticəni əldə edəcəyinə ümid etmişdir. Maşının dizaynı ancaq Yaponiyanın təslim olduğu vaxtda tamamlanmışdır.
Yaponiyanın təslim olmasından qısa müddət sonra Manhetten layihəsinin atom bombası missiyası sentyabrda Yaponiyaya göndərilmişdir və onlar F-Qo layihəsinin Koreya və Kyuşudakı elektrolitik ammonyak fabriklərindən aylıq 20 qram ağır su əldə etdiyini bildirmişdirlər. Sənayeçi Cun Noquçi bir neçə il öncə ağır su istehsalını başlatmışdı. 1926-cı ildə Noquçi Koreyanın şimal-şərqində Konan şəhərində Koreya Hidro Elektrik Şirkətini qurmuşdu. Bu yer gübrə istehsalı üçün ammonyak istehsalı ilə məşğul olmağa başlamışdır.
Məğlubiyyətdən sonra 220px|thumb|Yaponiyanın ilk nüvə reaktoru JRR-1-ə həsr olunmuş poçt markası (1957). 16 oktyabr 1945-ci ildə Nişina ABŞ-dən RİKEN-də bioloji və tibbi tədqiqatlar üçün iki siklotrondan istifadə etməyə icazə vermələrini xahiş etmişdir. Xahişi tezliklə yerinə yetirilmişdir. Lakin 10 noyabrda ABŞ-nin Vaşinqtondakı Müharibə Katibliyindən RIKEN, Kioto Universiteti və Osaka Universitetindəki siklotronların məhv edilməsi barədə göstərişlər verilmişdir. Siklotronlar 24 noyabrda məhv edilmişdir. RIKEN-in siklotronları Tokio körfəzinə atılmışdır.Maas and Hogg, pp. 198-199
Siklotronların məhv edilməsinə qarşı yazdığı bir məktubda Nişina RIKEN-dəki siklotronların Ni-Qo layihəsində rəsmi olaraq istifadə olunduğunu, lakin hazırda nüvə silahı istehsalında işə yaramadığını qeyd etmişdir. Nişina bu layihəyə daxil olmasını onunla izah edirdi ki, siklotronlar ona nüvə energetikası üzrə sadə tədqiqatlar aparmağa imkan verəcəkdi, ona görə də cihazlar üzərində işləməyə davam edirdi. Layihənin hərbi tərəfi ona maddi imkanlardan yaxşı yararlanmaq imkanı verirdi. O, bu haqda vicdan əzabı çəkmirdi, çünki müharibənin bitməsindən öncə Yaponiyada nüvə silahlarının istehsal oluna biləcəyinə inanmırdı.
2 oktyabr 1946-cı ildə "Atlanta Constitution" jurnalı müharibədən sonra Koreyada 24-cü cinayət istintaq briqadasında istintaqçı olan müxbir Devid Snellin hekayəsini yayımlamışdır. Snell Koreyanın Hınnam (Konan) şəhəri yaxınlığında şəhərin SSRİ tərəfindən işğal edilməsindən öncə uğurla nüvə silahı sınağı keçirdiyini iddia etmişdir. O, bu məlumatı Hınnamda əks-kəşfiyyətdən məsuliyyət daşıyan kapitan Vakabayaşi adlı yapon zabitindən 1945-ci ilin sentyabrından Seuldan əldə etdiyini bildirmişdir.Dees, pp. 20-21 MQAK rəsmiləri Yaponiyanın müharibə zamanı nüvə fizikasına olan marağı haqqındakı bütün məlumatlara ciddi senzura tətbiq etdiyindən, Snellin hesabatını diqqətə almamışdırlar."The Allied Occupation and Japan's Economic Miracle: Building the Foundations of Japanese Science and Technology 1945-52" pub 1997, by Bowen Causey Dees, pages 96-97
1947-48-ci illərdəki istintaqlar zamanı yapon alimlərdən nüvə silahı sınağı keçirilməsi barədə sorğular alınmışdır. Snellin qeydləri Robert Uilkoks tərəfindən 1985-ci ildə "Yaponiyanın gizli müharibəsi: Yaponiyanın öz atom bombasını hazırlamaq üçün zamanla yarışı" adlı kitabından təkrarlanmışdır. Uilkoks kitabında Yaponiyanın Hınnam şəhərində nüvə proqramına malik olduğunu göstərən sübut olduğunu göstərmişdir. Bu məlumatlar Enerji Departamentinin işçisi Rocer Enders tərəfindən yazılmış və "Military Affairs" jurnalında nəşr olunmuş tənqidində təkzib olunmuşdur.
1946-cı ildə müharibədəki işləri haqqında danışan Arakatsu atom bombası hazırlamaq üçün "böyük addımlar" atdığını və çox güman ki, SSRİ-nin birinə sahib olduğunu qeyd etmişdir.ABC reporter with Prof Arakatsu Bunsuku, The New York Times, 15 October 1946.
Müharibədən sonra 260px|thumb|left|Yaponiya plutoniumu Rokkaşo Yenidənemal Zavodunda sintez edir.