Siqqətül İslam evi — Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi, şair Mirzə Əli Siqqətülislamın yaşadığı ev.

Haqqında Siqqətül İslam evi Təbrizdə Çaykənar xiyabanında Qarı körpüsü ilə Sahibüləmr məscidi arasında yerləşir. Təbrizdə kərpicdən üç mərtəbəli tikilmiş nadir binalardandır. Binanın sahibi Mirzə Əli Siqqətülislam Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi və şair olub. 1911-ci ildə rusların Təbriz işğalı zamanı asılaraq edam olunub. Bina bir müddət rəsm məktəbi kimi istifadə olunub. 6 oktyabr 2002-ci ildə bina İranın milli abidələri siyahısına daxil edilib.

Həmçinin bax Həriri evi Behnam evi Məşrutə Evi Əmir Nizam evi

İstinadlar

Xarici keçidlər Siqqətül İslam evi haqqında sənədli film

Kateqoriya:Təbriz Kateqoriya:Təbriz abidələri Kateqoriya:Təbriz tikililəri Kateqoriya:Təbrizin tarixi abidələri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr