Azərbaycan Milliyyətçilər Dərnəyi () — 8 fevral 1952-ci ildə Ankara şəhərində yaradılıb. Əsas məqsədləri mühacirlərə maddi və mənəvi yardım göstərmək, azərbaycanlı tələbələrə imkan daxilində maddi dəstək vermək, türk milliyyətçiliyi əleyhinə fəaliyyətdə olan cərəyanlara mətbu yolla cavab vermək olmuşdur.

Yaradılması və fəaliyyəti Azərbaycan Milliyyətçilər Dərnəyi 1952-ci il fevralın 8-də Ankarada yaradılıb. Dərnəyin 11 qurucu üzvü arasında Həsən bəy Zərdabininin oğlu Səfvət Zərdabi və Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Kürdəmir də olub. Dərnəyin Nizamnaməsinin 1-ci maddəsində yazılıb:

İkinci maddədə isə dərnəyin yaradılmasının məqsədləri açıqlanaraq bunlar yazılıb:

Dərnəyə 18 yaşı tamam olmuş, mədəni hüquqlarından istifadə edə bilən hər bir türk qatıla bilərdi. Dərnəyin həqiqi və fəxri üzvü olmaq mümkün idi. Dərnəyə maddi və mənəvi yardım edənlər konqresin qərarı ilə fəxri üzvlüyə qəbul edilirdilər. Həmin üzvlərin adları dərnəyin şərəf dəftərinə qeyd olunurdu. Konqres həqiqi üzvlərdən təşkil olunurdu. Fəxri üzvlər seçilə bilsə də, rəy vermək hüquqları yox idi. Konqres normal şərtlərdə hər il yanvar ayında toplanmalı idi. Müzakirə ediləcək məsələlər müəyyən edildikdən sonra 15 gün öncədən iki qəzetdə elan verilirdi, eləcə də, müvafiq hökumət qurumuna məlumat göndərilirdi. İdarə heyəti lüzum bildikdə, həmçinin həqiqi üzvlərin beşdə birinin yazılı tələbi olduqda konqres fövqəladə toplantıya çağırıla bilərdi. Konqresi dərnəyin başqanı idarə edirdi. Dərnəyin idarə heyəti bir başqan, bir ümumi katib, bir mühasib və iki üzvdən ibarət olmaqla 5 nəfərdən təşkil edilirdi. Həmin bu 5 nəfər hər il yanvar ayında baş tutan konqresdə seçilirdi.

Dərnəyin rəsmi mətbu orqanı "Türk izi jurnalı olub. Jurnal 1952-ci ilin may ayından etibarən 1955-ci ilin iyul ayına qədər çap olunan jurnalın baş redaktoru Çingiz Göygöl olub.

Qurucu üzvləri Əhməd Ulusoy Əli Daşkənd Çingiz Göygöl Hidayət Turanlı İsa Köçər İskəndər Xoyxan Qədir Dilican Məmməd Altunbay Nağı Hacıbayramlı-Bayramgil Niyazi Kürdəmir Səfvət bəy Məlik-Zərdabi

Dərnəyin nizamnaməsi Azərbaycan Milliyyətçilər dərnəyinin nizamnaməsi

Həmçinin bax Gizli Müsavat İldırım təşkilatı Azərbaycan Kültür Dərnəyi

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycanın mühacir təşkilatları