Fatmaxanım Xeybər qızı Əliyeva — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasının müdiri, kimya elmləri doktoru.

Ümumi məlumatlar Əliyeva Fatmaxanım Xeybər qızı 1959-cu il fevral ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə Bakı şəhəri 176 saylı məktəbdə təhsil almış və həmin məktəbi fərqlənmə ilə bitirmişdir. Həmən ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra təyinatla Azərbayca MEA-nın Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasına göndərilmişdir və hal-hazıra qədər bu laboratoriyada çalışır. Bu illər ərzində "alı təhsilli baş laborant" vəzifəsindən "baş elmi işçi" vəzifəsinə qədər yüksəlmışdir. 2022-ci ildən "Sintetik yağlar" laboratoriyasının müdiri vəzifəsində çalışır. 1986-cı ildə aspiranturaya daxıl olmuş və 1992-ci ildə "Neftkimyası" ixtisası üzrə "Alkenilkəhrəba turşularının efirləri — yeni sintetik sürtkü yağlarının əsası kimi" mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2002-ci ildə "Neft kimyası" ixtisası üzrə "baş elmi işçi" elmi adını almışdır. 2013-cü ildə "Neft kimyası" ixtisası üzrə "(C6 — C10) vitsinal quruluşlu dikarbon turşularının efirləri və heteroatomlu törəmələri — sürtkü yağlarının əsası və komponenti kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2014-cü ildə kimya elmləri üzrə elmlər doktoru adına layiq görülmüşdür. Hal-hazırda F. X. Əliyevanın apardığı elmi-tədqiqat işlərinin əsas istiqaməti müasir və perspektiv texnikanın tələblərinə cavab verən yeni növ sürtkü yağlarının yaradılmasından ibarətdir.

Əsas elmi fəaliyyətləri Hal-hazırda F. X. Əliyevanın apardığı elmi-tədqiqat işlərinin əsas istiqaməti müasir və perspektiv texnikanın tələblərinə cavab verən yeni növ sürtkü yağlarının yaradılmasından ibarətdir. Elmi fəaliyyəti dövründə o, 250-dən artıq yeni növ maddələr sintez etmiş, kimyəvi quruluşdan asılı olaraq onların xassələrini öyrənmişdir. Alınmış maddalər keçmiş SSRİ-nin müxtəlif şəhərlərində olan müəssisələrdə sintetik sürtkü yağları kimi sınaqlardan keçirilmişdir. Alkenilkəhrəba turşusunun (AKT) sintez olunmuş bəzi mürəkkəb efirləri tipli müsbət nəticə ilə Moskva (ВНИИНП, НИИЧаспром), Ufa (Neftayırma zavodu) və s.: Л3–31 sürtküsünün tərkibində pentaeritrit efirini əvəz edə bilən perspektiv və yüksək temperatura davamlı plastik yağlayıcının dispers mühiti kimi, yüksək keyfiyyətli transmissiya yağları kimi, öz keyfiyyətinə görə "Mebius" firmasının (İsveçrə) cihaz yağlarından yüksək göstəricilərə malik yağların əsası kimi dizel yanacaqlarında antioksidləşdirici kimi tövsiyə olunmuşlar. AKT-nın əsasında alınan efir yağlarının istehsalı Ufa şəhərində təcrübə-sənaye miqyasında həyata keçirilmişdir.

Elmi Tədqiqatları Ümimilikdə 206 elmi əsəri dərc olunmuşudur, o cümlədən 102 məqalə, 76 tezis, 18 patent, 1 monoqrafiya.

İştirak etdiyi qrant layihələri: Müasir və perspektiv texnikanın tələblərinə cavab verən mürəkkəb efir tipli yeni sintetik sürtkü yağlarının yaradılması . EİF-2011-1(3)-82/65/4-M-67. (2012-2013) Müxtəlif funksional qruplar saxlayan vitsinal dikarbon turşularının və tsiklik neopoliolların mürəkkəb efirlərinin sintezi və onların perspektiv texnikanın tələblərinə cavab verən yanacaq-sürtkü materiallarının komponenti kimi tədqiqi. EİF-2014-9(24)-KETPL-14/05/4-M-05. (2015-2017) Müxtəlif funksional qruplar saxlayan mürəkkəb efirlərin sintezi və onların müasir və perspektiv texnikanın tələblərinə cavab verən yanacaq-sürtkü materiallarının komponenti kimi tədqiqi. 2014. (Socar) Yanacaq-yağ materiallarının istismar xassələrini yaxşılaşdıran mürəkkəb efirlərin sintezi. 2018.(Sokar)

Monoqrafiyalar: Синтетические смазочные масла (структура и свойства). Научный Мир, Москва-2017. 336с. М.А.Мамедьяров; Ф.Х.Алиева; Г.Н.Гурбанов

Əsas elmi nailiyyətləri Son illərdə F.X. Əliyevanın kənd təsərrüfatı texnikasını və hərbi texnikanı atmosfer korroziyasından yüksək mühafizə qabiliyyətinə malik konservasiya yağlarının hazırlanması sahəsində də nailiyyətləri var. Sintez olunmuş AKT-nin monoefirləri və azotlu törəmələri konservasiya mayelərinin yüksək keyfiyyətli inhibitorları kimi tövsiyə olunmuşlar.

Hal-hazırda F.X. Əliyeva perspektiv texnikanın tələblərinə cavab verən yeni növ sintetik sürtkü yağlarının əsaslarının və komponentlərinin alınması, eləcə də yeni konservasiya mayelərinin hazırlanması istiqamətində elmi fəaliyyətlə məşğuldur.

F.X. Əliyeva tərəfindən aparılan elmi-tədqiqat işlərində sintez olunmuş maddələrin kimyəvi quruluşu ilə onların istismar xassələri arasındakı asılılıq sistemli şəkildə öyrənilmiş, müəyyən elmi və praktiki əhəmiyyət daşıyan qanunauyğunluqlar əldə olunmuşdur. Nəticədə yeni sinif sürtkü yağlarının yaradılmasının elmi əsasları işlənib hazırlanmışdır ki, bu da müasir və perspektiv texnikanın tələblərinə cavab verən sürtkü yağları və konservasiya mayeləri yaradılması haqqında əvvəlcədən proqnoz verməyə, elmi tədqiqatların məqsədyönlü və sistemli şəkildə aparılmasına imkan verir.

Eyni zamanda sintez edilmiş efirlər dizel yanacaqlarında antioksidant kimi sınaqdan keçirilmiş və yüksək nəticələr əldə dilmişdir.

Sintez edilmiş efirlər və onların atomlu törəmələri həmçinin SRB-qarşı bakterisid-inhibitor kimi də tədqiq edilmiş, müsbət nəticələr əldə edilmişdir.

Elmi – təşkilati fəaliyyəti F.X. Əliyeva 1993–1994-cü illərdə İxtisaslaşdırılmış Dissertasiya Şuranın elmi katibi olmuşdur. F.X. Əliyeva 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında "Elmin İnkişafı Fondu"nun keçirdiyi müsabiqənin qalibi olmuş layihədə məsul icraçı, həmin fondun 2015–2016-cı illərdəki layihəsində isə layihə rəhbəri olmuşdur. O, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin elm fondunun elan etdiyi müsabiqələrin qalibi olmuş (2014 və 2018-ci illərdə) layihələrin məsul icraçısı idi. 2023-2024 - Dissertasiya Şurası, Birləşmiş Elmi Seminarın üzvüdür. 2026-ci ildən AAK ekspertiza şurasının üzvüdür. F.X. Əliyeva institutun ictimai həyatında fəal iştirak edir.

Elmi tədqiqatları F.X. Əliyeva 206 elmi əsərin, o cümlədən bir monoqrafiyanın: "Синтетические смазочные масла (структура и свойства)", 16 Azərbaycan Milli və 2 beynəlxalq patentin müəllifidir. F.X. Əliyeva 6 aspirantın və 6 maqistrın elmi rəhbəridir.

Pedaqoji fəaliyyəti 2016-cı ildə Ali Neft Məktəbində və Neft-Kimya Prosesləri İnstitutunda magistratura pilləsində pedaqoji fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistrantların elmi-tədqiqat fəaliyyətinə rəhbərlik edir və onların elmi rəhbəri qismində fəaliyyət göstərir.

Əsas elmi əsərlərin adları Ф.Х.Алиева. Изучение реакции дегидроконденсации сложных эфиров вицинальных дикарбоновых кислот. /Азербайджанский химический журнал. 2001, №3, с.43-45. М.А.Мамедьяров, Ф.Х.Алиева. Исследование зависимости между химической структурой и стабильностью синтетических масел на базе эфиров алкенилянтарной кислоты. / Нефтехимия, 2008, №3 Т.48. с.238. М.А.Мамедьяров, Ф.Х.Алиева. Исследование зависимости между химической структурой и смазывающей способностью эфиров гексенилянтарной кислоты. / Нефтехимия, 2009, Т.49, №3, с.278. Мамедьяров М.А., Ф.Х.Алиева. Химическая структура и вязкостно-температурные свойства эфиров алкенилянтарных кислот. / Химия и технология топлив и масел. 2009, №2, с. 24-27. Пат.РФ №1814284.RU Мамедьяров М.А., Ф.Х.Алиева./ Диалкоксиизопропиловые эфиры н-гекс-2-енил- янтарной кислоты в качестве основы синтетических масел. Мамедьяров М.А., Ф.Х.Алиева. Синтез и исследование несимметричных эфиров вицинальных дикарбоновых кислот. / Химия и технология топлив и масел, 1994, №4, с.26-27. Azərbaycan Patenti № İ 2016 0068, 2016. Məmmədyarov M.Ə.,V.M.Abbasov, F.X.Əliyeva, Məmmədova G.F./ n-Heks-2-enilkəhrəba turşusunun monoefirləri konservasiya mayelərinə komponent kimi. Azərbaycan Patenti № İ 2016 0108, 2016. M.Ə.Məmmədyarov, F.X.Əliyeva, S.Q.Əliyeva, E.M.Quliyeva. / n-Heks-2-enilkəhrəba turşusunun efirləri dizel yanacağına antioksidant kimi. Mammadyarov M.A., Aliyeva F.Kh. New types of synthetic lubricating oils on the base of esters of alkenylsuccinic acids. / Sciences of Europe, № 5(5), 2016, vol. 3, p. 87-93 (Çexiya). М.А. Мамедьяров, Ф.Х.Алиева, С.Ф.Ахмедбекова, Н.А.Джавадова. Влияние структурной особенности синтетических масел на базе эфиров вицинальных дикарбоновых кислот на их термоокислительную стабильность. / Химия и технология топлив и масел, № 4, c. 26-31, 2017. М.А.Мамедьяров, Ф.Х.Алиева, Г.Н.Гурбанов. Синтетические смазочные масла (структура и свойства). / Научный мир», 2017, 335 с. M.A.Mammadyarov, V.M.Abbasov, F.Kh.Aliyeva, G.F.İbrahimzadə, N.Z.İsayev. / Synthesis the esters of monodiethylamide of hexenyl succinic acid and their investigation as the inhibitor of corrosion. / Petrochemistry an Oil Refining, 2018, №1, s.116-124. Avrasiya Patenti № 022561, 2016. Məmmədyarov M.Ə., Abbasov V.M.Əliyeva F.X. və b. Alkenilkəhrəba turşularının benzilimidləri konservasiya mayesinin komponenti kimi. Mammadyarov M.A., Qurbanov H.N., Aliyeva F.Kh. Ethers of cyclic polyols - the basis of synthetic lubricant oils. / Sciences of Europe, №2(18), 2017, p.79-85 ( Polsa). М.А.Мамедьяров, Ф.Х.Алиева, Ф.А.Мамедова, С.Ф.Ахмедбекова. Синтез нитросоединений сложных эфиров алкенилянтарных кислот. / Нефтепереработка и нефтехимия, 2019. № 9, стр.23-27. М.А.Мамедьяров, Ф.Х.Алиева, Г.Н.Гурбанов, Л.Н.Гусейнова. История создания лаборатории синтетических смазочных масел. / Нефтепереработка и нефтехимия, 2019, № 8, с.44. М.А.Мамедьяров, Ф.Х.Алиева, Ф.М. Велиева, К.О. Исрафилова. Исследование корреляционной зависимости реакции этерификации янтарной кислоты методом компьютерного моделирования. / Технология нефти и газа, № 2, стр.16-20, 2020. М.А.Мамедьяров, Ф.Х.Алиева Cинтетические смазочные масла – проблемы и перспективы. / Elm və həyat, № 1-2, стр.47-53, 2020. M.A. Mammadyarov, F.Kh.Aliyeva, S. G. Aliyeva, K.O. Israfilova, E.M. Kuliyeva. Influence of structural specificity of esters on the operational properties of hydrofined diesel fuels. / Processes of Petrochemistry and oil Refining, vol.21, №3, p. 334, 2020. Azərbaycan Patenti İ 2023 0033, 2023 V.M.Abbasov, F.X.Əliyeva, G.F.Məmmədova və b. Malon turşusunun monoamidləri dizel yanacaqlarına antioksidant kimi. V.M.Abbasov, F.X.Əliyeva, G.F.Məmmədova və b. Моноамиды малоновой кислоты как эффективные бактерицид-ингибиторы. / Журнал Практика Противокоррозионной Защиты. 2023. Т. 28, № 2, с.22-27. Ф.Х.Алиева, K.О.Исрафилова, Н.Б. Арзуманова L.N. Huseynova. Синтез и исследование сложных эфиров дикарбоновых кислот в качестве пластификаторов. / Башкирский химический журнал, 2023. Tom 30. №3, с.35-39. Ф.Х.Алиева, C.А.Ахмедбекова, Н.З.Исаев. Исследование синтеза сложных эфиров вицинальных дикарбоновых кислот помощью ИК-спектроскопии. / Processes of Petrochemistry and oil Refining, PPOR, Vol. 24, No. 3, 2023, pp. 448-453. Ф.Х.Алиева, Исрафилова К.О., Cavadova N.A. Synthesıs of malonıc acıd esters. / Processes of Petrochemistry and oil Refining Vol.25. №1, 2024, pp.122-130. Ф.Х.Алиева, Исрафилова К.О., Д.Б. Агамалиева. Исследование сложных эфиров (С3-С10) дикарбоновых кислот в качестве эффективных бактерицид-ингибиторов. / Processes of Petrochemistry and oil Refining, PPOR, Vol. 25, No. 4, 2024, pp. 1002-1007 F.Kh.Aliyeva, A.M.Məmmədov, G.F.Məmmədova, N.Z.İsayev. DFT study of alkenyl succinıc anhydrıdes. / Processes of Petrochemistry and oil Refining, 2025, № 2, pp.614-623. V.M.Abbasov, H.N.Qurbanov, F.Kh.Aliyeva, A.M.Məmmədov, A.T.Şərifov, R.R.Məmmədova. Trimethylolpropane-based aliphatic esters: lubricant properties, bactericidal activity and dft study. / SOCAR Proceedings Special Issue No. 1 (2026) 119-127.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanın qadın kimyaçıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:AMEA Neft-Kimya Prosesləri İnstitutunun alimləri