Qorelı adası (, ) — Andreyanov adaları qrupuna, Delarov yarımqrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur.
Coğrafiya Ada 67,2 km² sahəyə malikdir. Delarov adaları qrupunun ən böyük adasıdır. Onun uzunluğu 9,7 km, eni 8 km rəşkil edir. Maksimal hündürlüyü 1573 metrdir.
Ada vulkanik mənşəllidir və eyni adlı vulkanın bir hissəsini təşkil edir. Diametri 1120 metrdir. Olduqca seysmik zonada yerləşir. 1980-ci illərdə 4 püskürmə müşahidə edilmişdir. Biri istisna bütün püskürmələr partlayışla müşahidə edilmişdir. 2007-ci ilin yay-payız mövsümündə güclü seysmik aktivlik müşahidə edilir. 40 zəlzələ faktı qeydə alınır.
Tundra zonasında yerləşir. Sahil qayalıqlarında dəniz quşları yaşayır. Burada 600,000 dəniz quşuna rastlamaq mümkündür.
Tarixi 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
İstinadlar
Kateqoriya:Alyaska adaları Kateqoriya:Andreyanov adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları