Arxaya doğru əyilmiş qanadlara sahib olan F-84F qırıcı-bombardmançı hərbi təyyarə modelləri düz qanadlı F-84 təyyarələrinin bazası əsasında yaradılmışdır. İlk prototip uçuşu 3 iyun 1950-ci ildə baş tutmuş və tədarükü quru qoşunlarına yardım təyyarəsi olaraq böyük çoxluqda Taktiki Hava Komandanlığına edilmişdir. "Republic" firması 2112 ədəd F-84F istehsal etmişdir. General Motors şirkəti də, əlavə olaraq 599 ədəd istehsal etmişdir. Bu rəqəmin 1301 ədədi NATO Hərbi Hava Qüvvələrinə verilmişdir. Eyni modelin RF-84F hava kəşfiyyat-foto modeli də yaradılmış və NATO ölkələrinə göndərilmişdir. 1950-ci illərin sonlarında supersonik North American F-100 Super Sabre təyyarəsi ilə dəyişdirilməsinə başlanılmışdır. Ancaq 1960-cı illərdəki Berlin böhranında təkrar xidmətə qəbul edilmişdir.

F-84F "Thunderstreak" modelinin taktiki-texniki xüsusiyyətləri Ekipaj: 1 Mühərrik: 1 ədəd Wright J65-W İtələmə gücü: 32.3 kN Qanad uzunluğu: 10.24 m Uzunluğu: 13.23 m Hündürlüyü: 4.39 m Qanad sahəsi: 30.19 m² Qalxma çəkisi: 12701 kq Maksimum sürət: 1118 km/saat Mənzili (tam yanacaq ilə): 2600 km Silah təchizatı: 6 ədəd 12.7 mm-lik MG pulemyotu **2722 kq qanad altı yük

İstinadlar

Kateqoriya:ABŞ təyyarələri Kateqoriya:ABŞ texnikası Kateqoriya:ABŞ-nin reaktiv qırıcıları Kateqoriya:Birmühərrikli reaktiv təyyarələr