thumb|200px|left|Atollun kosmosdan təsviri. Apataki () — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Arutua atolundan 19 km cənub-şərqdə, Taitidən 350 km şimal-şərqdə yerləşir.

Coğrafiya Atollun uzunluğu 36 км, eni — 25 km, quru sahəsi isə 20 km²-dir. Daxilində böyük laqun vardır. Şimal-qərb və cənub-qərbdən laqun okeanla kiçik boğazlarla birləşir.

İnzibati bölgüsü İnzibati baxımından Arutua kommunasına daxildir.

Əhali 2012-ci il məlumatına görə adada 350 nəfər yaşayır. Niutahi əsas yaşayış məntəqəsidir. Məntəqə adanın qərbində yerləşir.

Tarixi Ada 21 may 1722-ci ildə holland səyyah Yakob Roqqeveen tərəfindən kəşf edilmişdir. O, adanı Avondstond adlandırır. Adanın digər adı isə Qaqemasterdir. Bu ad rus dənizçisi Leonti Qaqemasterin şərəfinə adlandırılır. 1774-cü ildə adada ingilis səyyah Ceyms Kuk olmuşdur.

İqtisadiyyat Niutaxi kəndi yaxınlığında uçuş-eniş zolağı yerləşir. Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatı (Kopra istehsalı) və balıqçılıqdır (balıq ovu və mirvari yetişdirmək).

Mənbə Ada haqqında informasiya

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Mərcan adaları Kateqoriya:Fransa Polineziyası adaları