Əli Osman oğlu Əliyev — alim, fizika-riyaziyyat elmləri doktoru, professor.Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.

Həyatı və elmi fəaliyyəti Əli Əliyev 1941-ci ildə Ağstafa rayonunun Köçvəlili kəndində anadan olmuşdur. Köçvəlili kənd orta məktəbini bitirərək, 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin yarimkeçiricilər fizikası kafedrasında başlamışdır.

1963-cü ildə təhsilini Leninqradda (İndiki Sankt-Peterburq) aspiranturada davam etdirmişdir. 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildən yarımkeçiricilər kafedrasında müəllim, 1970-ci ildən dosent vəzifəsində işləmişdir.

1970-1971-ci illərdə Fransada elmi ezamiyyətdə olmuşdur.

1973-1977-ci illərdə Əlcazair Dövlət Universitetində və 1981-1984-cü illərdə Konqonun Brazzavil Universitetində professor vəzifəsində çalışmışdır.

Xaricdə işlədiyi müddətdə fransız dilində iki dərslik (bərk cisimlər fizikasına aid) çap etdirmişdir.

1992-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.

40-dan çox elmi məqalənin, tədris vəsaitinin müəllifidir. Bir çox elmi konfransların iştirakçısıdır.

Ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin yarımkeçiricilər kafedrasında çalışmışdır.

2008-ci ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Mənbə Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.

Kateqoriya:1941-ci ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Ağstafa rayonunda doğulanlar